Ər-Riyad ,ArabAZ

Amerikanın Səudiyyə Ərəbistanındakı səfiri Maykl Ratni Krallığı daha dərindən araşdırmaq və onun xalqı və mədəniyyəti ilə tanış olmaq istədiyini və bunu “unikal və fərqli” adlandırdığını söyləyib.

ArabAZ xəbər verir ki , Ər-Riyaddakı iqamətgahında “Asharq Al-Awsat”a verdiyi müsahibədə Ratni deyib ki, səudiyyəlilər tanıdığı digər toplumlar arasında amerikalılalra ən yaxın və dost olan toplumdur.

“Mənim Krallığın bir çox bölgələrini araşdırmaq fürsətim oldu və bu ölkənin böyük müxtəlifliyi məni heyran etdi.Mən bu ölkəni gəzmək imtiyazına sahib oldum və Cizan, Abha, Mədinə, Əl-Ula,Əl-Hufuf şəhərlərini kəşf etmək planlarım var Dhahrana və Ciddəyə də səfər etdim. Bu yaxınlarda şimala getdim və tezliklə NEOM-u ziyarət etməyi planlaşdırıram.”-deyə səfir bildirib.

 O qeyd edib ki, Səudiyyə Ərəbistanındakı məşhur “careş” yeməyinə heyrandır.

Hazırda oxuduğu kitablar barədə suala cavab verən Ratni deyib ki, o, hazırda Suriya haqqında bir romandan əlavə, Kral Əbdüləzizin tərcümeyi-halından bəhs edən kitabı oxuyur.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version