Bakı. ArabAZ
Moza bint Nasser 8 avqust 1959-cu ildə Qətərin şimalındakı Əl-Xor sahil şəhərində Əl-Missned qəbiləsində anadan olub. Onun atası Nasser bin Abdullah Al-Missned Şeyx Xəlifə bin Həməd bin Abdullah Əl-Taninin hakimiyyəti dövründə qətərli iş adamı və müxalifət lideri olub.
1960-cı illərin əvvəllərində Nasser bin Abdullah Al-Missned ölkə əhalisi arasında sərvətin daha ədalətli bölüşdürülməsi üçün çağırışı səbəbilə həbs edildi. 1964-cü ildə azadlığa çıxandan sonra o, bütün ailəsini Küveytə sürgünə köçürdü.
Moza bint Nasser uşaqlıq illərini Küveyt və Misirdə keçirib,1977-ci ildə yenidən Qətərə qayıdıb. Qətər Universitetinə daxil olaraq burada sosiologiya təhsili alıb. Lakin təhsilini başa vura bilməyib və 9 ildən sonra 1986-cı ildə həmin universiteti bitirib.
Moza bint Nasser Qətər Universitetində təhsil alarkən Qətərin vəliəhdi Şeyx Həməd bin Xəlifə Əl-Tani onu görüb və evlənmək təklifi edib. Bəzi mənbələr isə vəliəhd şahzadənin ailənin Qətərə qayıtmasını maliyyələşdirməyə çalışdığı vaxt onların görüşdüyünü iddia edir.
Moza bint Nasser 1977-ci ilin əvvəlində vəliəhd şahzadə ilə evləndi və onun üç arvadından ikincisi oldu. Zamanla o, özü üçün bir mövqe qurdu və həyat yoldaşı üzərində digər qadınlardan daha çox təsiri oldu.
O, 1986-cı ildə Qətər Universitetindən məzun olduqdan sonra Həməd bin Xəlifə Universitetində İslamda İctimai Siyasət üzrə magistr təhsili alıb. 2006-cı ildə Karnegi Mellon Universitetində (ABŞ) və 2013-cü ildə Virciniya Birlik Universitetində (ABŞ) təhsil alıb.
1995-ci ildə Qətər əmiri Xəlifə bin Həməd Al Tani Avropada istirahət edərkən Nasserin həyat yoldaşı çevriliş edərək ölkəyə nəzarəti ələ keçirdi. Bundan az sonra Şeyx ictimai işlərdə daha böyük rol oynamağa başladı.
1995-ci ildən başlayaraq Şeyxa Moza bint Nasser ölkəsini çoxsaylı beynəlxalq tədbirlərdə, bəzən təkbaşına təmsil etməyə başladı. Bundan əlavə, 1995-ci ildə o, eyni ildə həyat yoldaşı tərəfindən təsis edilən Qətər Təhsil, Elm və Sosial İnkişaf Fondunun prezidenti vəzifəsini davam etdirib.
Təhsil Şəhəri 1997-ci ildə Qətər Fondu tərəfindən Şeyxa Moza bint Nasserin təşəbbüsü ilə yaradılmışdır. Növbəti il o, ailənin rolunu gücləndirmək məqsədi ilə yaradılan dövlət qurumu olan Ailə Məsələləri üzrə Şuranın sədri oldu.
2002-ci ilin noyabrında Ali Təhsil Şurası yaradılanda Şeyxa Moza bint Nasser sədr müavini təyin edildi.. O, 2012-ci ilə qədər bu vəzifədə çalışdı.
O, 2003-cü ildə UNESCO tərəfindən Əsas və Ali Təhsil üzrə Xüsusi Nümayəndə təyin edilib. Şeyxa Moza bint Nasser elə həmin il İraqda əlavə təhsil müəssisələrinin yenidən qurulması məqsədi ilə Beynəlxalq Ali Təhsil Fondunu yaratdı.
Təhsili hər bir ərəb üçün asanlıqla əlçatan etməkdən əlavə, digər layihələrdə də yer alıb. BU çərçivədə, Əl-Cəzirə Uşaq Kanalı təşəbbüsünə 2005-ci ildə başlandı.
27 may 2007-ci ildə Dohada Ərəb Demokratiya Fondu yaradılanda o, Qəyyumlar Şurasının sədri seçildi. O vaxtdan bəri Şeyxa Moza bint Nasser bu vəzifədə öz mövqeyini qoruyub saxlayır.
2008-ci ildə o, zərgərlik və digər lüks mallar istehsal etmək üçün Qatar Luxury Group-u yaratdı. Eyni zamanda, o, 2009-cu ildə Səhiyyə Ali Şurasının vitse-prezidenti təyin edilib və 2014-cü ilə qədər bu vəzifədə çalışıb.
2011-ci ilin avqustunda Qatar Luxury Group Fransız dəri istehsalı şirkəti Le Tanneur-un böyük bir hissəsini aldı. Növbəti il Qətər Fondunun təşəbbüsü çərçivəsində Ümumdünya Səhiyyə İnnovasiyaları Sammiti təşkil olundu.
2016-cı ildə o, həm də sədri olduğu Qətər Fondunun təşəbbüsü ilə fəaliyyətə başlayan Sidra Tibb və Araşdırma Mərkəzinin prezidenti olub. Bu tibb müəssisəsi üçün Nasser 7,9 milyard dollar ianə bağışlayıb.
Şeyxa Moza bint Nasser 2018-ci ilin yanvar ayında Sidra Medicine stasionar xidmətini işə saldı. Sentyabr ayında o, qadın geyimi dizaynerlərinə maliyyə və biznes dəstəyi təklif etmək üçün Fashion Trust Arabia (FTA) qurumunu təsis etdi və onun fəxri prezidenti oldu, bu vəzifəni tutmağa davam edir.
Şeyxa Moza bint Nasser təhsil və səhiyyə sahəsindəki fəaliyyəti ilə tanınır. 1995-ci ildə Qətər Təhsil, Elm və Sosial İnkişaf Fondunu təsis edib. O, sədrliyi dövründə Qətərin təhsil, elm və mədəniyyət sahələrində lider dövlət kimi formalaşması istiqamətində fəaliyyətini davam etdirir.