DOHA,ArabAZ
Qətər Təhsil, Elm və İcma İnkişafı Fondunun sədri Şeyxa Moza bint Nassir 2024-cü il konstitusiya dəyişiklikləri layihəsi üzrə referendumda iştirak edib.ArabAZ xəbər verir ki, bu gün Qətərdə referendum keçirilir.
Referendum bu gün səhər saat 7-də başlayıb axşam saat 7-dək davam edəcək, nəticələri isə bitdikdən sonra 24 saat ərzində elan ediləcək.
Məlumat üçün bildirək ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani on səkkiz yaşını tamamlayan Qətər vətəndaşlarını ölkədə keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı ümumi referendumda iştiraka dəvət edən fərman verib.
Qətər Şurası (Parlament) ölkə əmirinin bu ayın ortalarında elan etdiyi və Şura üzvlərinin seçilməsi üçün “təyinat” sisteminə qayıtmağa səbəb olan konstitusiya dəyişiklikləri layihəsini yekdilliklə təsdiqlədi.
Qeyd edək ki, bu il oktyabrın 14-də Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib.
“Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani dyib.
Şeyx Təmim bin Həməd Al Sani gözlənilən konstitusiya dəyişikliklərinin referenduma çıxarılacağını və seçki əvəzinə təyinat sisteminə qayıdılmasını ehtiva etdiyini bildirib.