Bakı, Arab.AZ

Keçən ilin oktyabr ayından Qəzza zolağında müharibə başlayanda bəri İsrail HƏMAS hərəkatının rəhbərliyini xüsusən də hərəkatın zolaqdakı siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhvini ən başlıca məqsədlərindən biri kimi qarşıya qoymuşdur.

Lakin 8 aylıq fasiləsiz müharibədən və İsrailin Qəzza zolağının şimalından mərkəzinə, cənubunda Xan Yunis və Rəfaha qədər apardığı əməliyyatlarda Sinvarı tapacağını ümid etsə də hələ ki bütün cəhdlər uğursuz olub.

Onu tunellərdən birində göstərən qısa bir video istisna olmaqla, haqqında hər hansı bir video və ya məlumat əldə etmək mümkün olmayıb.

İsrail rəsmiləri və hərbçiləri onun Xan Yunisdə tunellərdə olması barədə əminliklə danışdırdı.

İsrail tərəfindən uzun müddət ərzində HƏMAS hərəkatının bir çox siyasi və hərbi liderləri ilə birlikdə Sinvarı təqib etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməməsi acınacaqlı bir kəşfiyyat uğursuzluğunu göstərir.

Sinvarın harada olduğu və ölkənin hər bir bölgəsinə təsir edən dağıdıcı müharibədə necə gizlənə bildiyi ciddi suallar doğurur.

Doğrudanmı Sinvarın xarici dünya ilə əlaqəsi kəsilib?

Sinvarın indiyə qədər gizlənməsi və İsrailin onu ələ keçirə bilməməsi o demək deyil ki, Sinvarın HƏMAS liderləri və ya digərləri ilə əlaqəsi yoxdur.

Sinvar baş verən hər şeydən, xüsusən də gedən danışıqlarla bağlı daim və davamlı olaraq məlumatlıdır və o, irəli sürülən hər bir təşəbbüsü yaxşı öyrənir, diqqətlə nəzərdən keçirir, bu barədə öz fikrini bildirir, məsləhətlər verir. Hətta Sinvar hərəkatın digər liderləri ilə müxtəlif yollarla ünsiyyət qurur.

Qeyd edək ki, nə İsrail nə də HAMAS, Sinvarın indiki müharibə zamanı İsrailin hər hansı sui-qəsd cəhdindən həqiqətən xilas olub-olmadığını və İsrail qüvvələrinin, xüsusən də Xan Yunis əməliyyatı zamanı onun yerinə yaxınlaşıb-yaxınlaşmadığını inkar və ya təsdiqləməyib.

Xan Yunisdəki quru əməliyyatı başa çatdıqdan sonra İsrail Sinvara çata bilmədiyindən, İbrani mediası onun HƏMAS hərəkatının qalan tunelləri arasında hərəkət etdiyindən bəhs edib, lakin İsrail ordusu bunu sübüt edən heç bir fakt təqdim etməyib.

Buna baxmayaraq, İsrail vaxtaşırı Sinvarın və HƏMAS rəhbərliyinin digər nümayəndələrinin Qəzza zolağından çıxarıla biləcəyini təbliğ etməyə çalışır.

İsrailin baş naziri Benyamin Netanyahu, strateji planın olmaması ilə bağlı Tel-Əvivdə siyasi və hərbi cəbhədən gələn tənqidlərə cavab olaraq, Qəzza müharibəsini Sinvar və HƏMAS-a qələbə imici qazandıracaq şəkildə bitirməkdən imtina etdiyini deyib.

İsrailin Sinvarı məhv edə bilməməsi Tel –Əvivdə siyasi və hərbi dairələr üçün problem yaradır.

Təbii ki, Sinvar bundan xəbərdardır və İsrailin müharibədə qalib gəldiyini iddia edə bilməsi üçün onu öldürmək və ya ələ keçirmək istədiyini yaxşı anlayır.

İsrail həbsxanalarında keçirdiyi uzun illər sayəsində o, israillilərin və onların liderlərinin düşüncələrini yaxşı başa düşür və buna görə də döyüşün bir çox aspektlərini, xüsusən də danışıqlar zamanı və ondan irəli gələn şərtləri siyasi cəhətdən idarə edir. Buna görə də, o, şərtlərə nail olmaq istəyən inadkar bir müzakirəçi kimi qiymətləndirilir. Xüsusən də müharibənin tamamilə dayandırılması və İsrail ordusunun geri çəkilməsi ilə bağlı mövqeyində Sinvar daha ümdilidir.

Məsələ ondadır ki, Sinvar milli məsələlər ilə bağlı təkbaşına qərar qəbul etmir. Daha doğrusu, danışıqlar zamanı qaldırılan hər bir məsələ və digər məsələlər üzrə daxili məsləhətləşmə formatını daim saxlamağa üstünlük verir.

İsrail tez-tez Yəhya Sinvarın başçılıq etdiyi HƏMAS liderlərinin Qəzza zolağından deportasiya edilməsi ideyasını təklif edir ki, bu da razılığa gəlməyə imkan verən həll yoludur. Lakin bu, bir tərəfdən İsrail hökumətində, digər tərəfdən də HƏMAS-ın özü tərəfindən etirazla qarşılanıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version