QÜDS,ArabAZ
Əqsa Tufanın müəllifi hesab edilən Yəhya əl-Sinvarəın öldürüləcəyii əslində heç kimin ağlına gəlmzədi.
İsrail ordusu onun öldürülməsini bir təsadüf olduğunu elan etdi. Əl-Sinvar Qəzza zolağının cənubundakı Rəfahda bir evin bombalanması zamanı təsadüfən öldürüldü. Dolyısıyla əl-Sinvar döyüş meydanında olun və mübarizədə bir başa iştirak edib.
İsrailin xarici işlər naziri İsrael Katz Sinvarın öldürülməsini “böyük qələbə” hesab edib və bu xəbvərin günün ən sevincli xəbəri adlandırıb.
İSrail əslində Əl-Sinvarı öldürmək üçün ordunun bütün imkanlarını və kəşfiyyatını işə salmışdı, və onun öldürülməsini müharibənin məqsədlərindən birinə çevrilmişdi.
Şübhəsiz ki, əl-Sinvarın öldürülməsi bir tərəfdən İsrailə müharibəni dayandırmağa imkan verə bilər eyni zamanda müharibədə dönüş nöqtəsi yarada bilər.
Siyasi analitik Mustafa İbrahim hesab edir ki, “Əl-Sinvarın öldürülməsi hadisələrə böyük təsir göstərə bilər və dəyişikliklərə səbəb olacaq”. Digər tərəfdən HƏMAS əl-Sinvarın öldürülməsini hərəkat üçün “Şok” adlandırıb.
Mənbə “Şarq Əl-Avsat”a bildirib ki, hərəkatda gələcək lider seçilməsi ilə bağlı geniş məsləhətləşmələr başlayıb.
HƏMAS rəhbərliyinə yaxın başqa bir mənbənin sözlərinə görə, əl-Sinvarın HƏMAS-ın önəmli liderlərindən biri idi və onun sayəsində HƏMAS ciddi irəliləyiş əldə etmişdi.
Sinvarın ölümünü HƏMAS-a təsirinə gəlincə isə, ehtimal olunur ki, hərəkat az da olsa güzəştlərə getməli olacaq bu ilk növbədə hərəkatın ayaqda qalması üçün olacaq.
Sinvarın öldürülməsi HƏMAS-a növbəti zərbə oldu.
Hərəkat rəsmisi “Şərq Əl-Avsat”a verdiyi açıqlamalarda “sui-qəsdin hərəkata böyük təsir göstərəcəyini” etiraf edib və əlavə edib ki, : “Onun şəhadəti bizim üçün gözlənilirdi, amma qarşımızda yeni bir mərhələ olacaq”.
Şübhəsiz ki, hərəkat alternativ seçməkdə və ya seçməkdə müəyyən çətinliklərlə üzləşəcək, lakin o, öz yoluna davam edəcək, çünki kütləsi var, populyarlığı böyükdür və sərt siyasətə baxmayaraq, başqa liderlər yetişdirmək qabiliyyətinə malikdir.