QAHİRƏ,ArabAZ
Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin İsrail və HƏMAS arasında iki günlük atəşkəs təklif etdiyini və bu müddət ərzində Qəzzada saxlanılan 4 girovun azad ediləcəyini açıqlayıb.ArabAZ xəbər verir ki, bu təklifə hələ də HƏMAS-dan cavabn gəlməyib.
Qahirədə çıxış edən prezident Əbdülfəttah əs-Sisi bildirib ki, təklif bəzi fələstinli məhbusların azad edilməsini və mühasirədə olan Qəzzaya humanitar yardımın çatdırılmasını da əhatə edir.
“Bu, “vəziyyəti irəli aparmaq” məqsədi daşıyır, iki günlük atəşkəs qüvvəyə mindikdən sonra onun daimi olması üçün danışıqların davam etdiriləcək” –deyə əl-Sisi bildirib.
Qeyd edək ki,Misir prezidenti ilk dəfədir ki, belə bir planı açıq şəkildə təklif edir. Müharibənin ilk həftələrində 240 fələstinli məhbusun əvəzində 105 girovun azad edildiyi noyabr ayından bir həftəlik döyüş fasiləsindən bəri atəşkəs olmayıb.
İsrailin Mossad rəhbəri bazar günü HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumundan sonra yaranan döyüşlərə son qoymaq və regional gərginliyi azaltmaq üçün Qətərin baş naziri və CIA rəhbəri ilə danışıqlar aparmaq üçün Dohaya gedib.