ANKARA,ArabAZ
Somali – Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bu haqda ArabAZ-a Somali diplomatik qaynaqlarından bildiriblər.
Görüşdə tərəflər Türkiyə və Somali arasında olan münasibətlərin dərinləşməsini müzakirə ediblər. Görüş sonrası Somali nümayəndə heyəti prezident Ərdoğanla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, bu gün Somali parlamentinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisini ziyarət edib.