XARTUM,ArabAZ
Sudan Silahlı Qüvvələri, Sudanın qərbindəki Şimali Darfur əyalətinin paytaxtı El Faşer şəhərində baş verən döyüşdə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin 150 döyüşçünün öldürüldüyünü bildirib.ArabAZ xəbər verir ki,bu haqda Sudan Silahlı Qüvvələrinin Əl Faşerdəki 6-cı Piyada Diviziyasının rəhbərliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, son iki saatda davam edən döyüşlərdə ÇDQ qüvvələri cxiddi itki veriblər.
“İndiyə qədər bir çox milis bazası ələ keçirilib və düşmən itkilərinin sayının təxminən 150 olduğu təxmin edilir.Sudan Silahlı Qüvvələri bölmələrinin əhəmiyyətli irəliləyiş əldə etdiyi qeyd edilib”-deyə bəyanatda deyilir.
Çevik Dəstək Qüvvələri döyüşlə bağlı şərh verməyib.
Sudan 2023-cü ilin aprel ayının ortalarından bəri Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında dağıdıcı müharibəyə səhnə olub. Ölümcül münaqişə 24 min 850-dən çox insanın ölümünə və 14 milyondan çox insanın didərgin düşməsinə səbəb olub.