Bakı,ArabAZ
Sudanda 230 min uşaq və qadın aclıqdan ölmək riski altındadır. Yay aylarının daha qurar keçməsini nəzərə alsaq bu rəqəmin daha da artacağı istisna edilmir
Sudanda 2,9 milyondan çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.
Qeyd edək ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, münaqişə nəticəsində minlərlə insan həlak olub, 8 milyon insan isə didərgin düşüb.
Beynəlxalq səviyyədə ən böyük köçkün böhranına şahidlik edən Sudandakı müharibə “dünyada ən böyük aclıq böhranını yarada bilər.
Mülki əhalinin hədəf alınması, infrastrukturun dağıdılması, zorlama, talan, kəndlərin köçürülməsi və yandırılması 48 milyon sudanlıya təsir edən gündəlik “həyat” tərzinə çevrilib.
Sudanda minlərlə insanın ölümünə, milyonlarla insanın qaçmağa məcbur edilməsinə və humanitar fəlakətə səbəb olan rəqib hərbi qruplaşmalar arasında toqquşma bir ildir ki davam edir.
Aşağıda münaqişəyə səbəb olan hadisələrin və ondan sonra baş verən qarışıqlıqların xronologiyası verilmişdir:
19 dekabr 2018-ci il – Şimaldakı Atbara şəhərində yüzlərlə insan çörəyin bahalaşmasına etiraz edir. Daha geniş iqtisadi böhranın təkan verdiyi nümayişlər tezliklə Xartuma və digər şəhərlərə yayılır. Təhlükəsizlik xidmətləri etirazçılara gözyaşardıcı qaz və silahla cavab verir.
6 aprel 2019-cu il – Yüz minlərlə insan Xartumdakı ordu qərargahı qarşısında oturaq aksiyaya başlayır. Beş gün sonra ordu prezident Ömər əl-Bəşiri devirdi və həbs etdi, onun üç onillik hakimiyyətinə son qoydu.
17 avqust 2019-cu il – İyun ayında ordu qərargahındakı oturaq aksiyaya ölümcül basqın qəzəb doğurduqdan sonra, hərbçilər və mülki qruplar seçkilərə aparan keçid dövründə hakimiyyəti bölüşdürmək üçün müqavilə imzalayır. İqtisadçı və keçmiş BMT rəsmisi Abdalla Hamdok daha sonra hökumətə başçı təyin olunur.
25 oktyabr 2021-ci il – Ordu rəisi general Əbdülfəttah əl-Burhan Hamdok hökumətinin buraxıldığını bildirib.
21 noyabr 2021-ci il – Çevriliş əleyhinə bir neçə mitinqdən və Sudana beynəlxalq maliyyə dəstəyinin əksəriyyətinin dayandırılmasından sonra hərbi liderlər və Hamdok onun baş nazir vəzifəsinə bərpası üçün razılaşmanı elan etdilər. Hamdok iki ay keçməmiş istefa verir.
5 dekabr 2022 – Mülki qruplar yeni, iki illik siyasi keçidə başlamaq və mülki hökuməti təyin etmək üçün ordu ilə ilkin müqavilə imzalayır.
5 aprel 2023-cü il – Ordunun mülki nəzarət altına alınıb-alınmayacağı və hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) orduya inteqrasiyası planları ilə bağlı mübahisələr fonunda yekun sazişin imzalanması ikinci dəfə təxirə salınır.
QARŞIQMA NECƏ BAŞLADI
13 aprel 2023-cü il – Sudan ordusu RSF tərəfindən elan edilin səfərbərliyi qarşıdurma riski kimi xarakterizə etdi. İki gün sonra Xartumda və digər şəhərlərdə iki qüvvə arasında döyüşlər başlayır.
21 aprel 2023-cü il – Ordunun hava hücumları, toqquşmalar və talanların paytaxta sirayət etməsilə, Xartumdan qaçan sakinlərin sayı olduqca çoxalır. Diplomatlar və əcnəbilər sonrakı günlərdə və həftələrdə uçuş zolaqlarına, sərhədlərə və digər evakuasiya məntəqələrinə hedirlər.
20 may 2023-cü il – Ciddə danışıqlarında döyüşən qruplar yeddi günlük atəşkəslə razılaşırlar, lakin döyüşlər demək olar ki, dayandırılmır. İyul 2023 – RSF-nin növbəti aylarda daha da irəlilədiyi Darfurun münaqişəli qərb bölgəsində zorakılıq artıq və ciddi toqquşmalar yaşanır.
14 dekabr 2023-cü il – BMT xəbərdarlıq edir ki, münaqişə zonalarında olan ailələr 2024-cü ildə aclıqla üzləşə bilər. Təxminən 30 milyon, yəni əhalinin demək olar ki, üçdə ikisinin köməyə ehtiyacı var ki, bu da müharibədən əvvəlki rəqəmi iki dəfə artıqdır. Növbəti aylarda humanitar xəbərdarlıqlar artır.
19 dekabr 2023-cü il – RSF əl-Qəzirə əyalətinin paytaxtı Vad Mədənini almaq üçün irəliləyərkən ordu geri çəkilir. RSF əsasən qonşu Xartuma, demək olar ki, bütün Darfur və Kordofanın böyük hissəsinə nəzarət edir, ordu isə Sudanın əsas Qırmızı dəniz limanı da daxil olmaqla şimal və şərqi nəzarətdə saxlayır. BMT və ABŞ bildirir ki, hər iki tərəfdə zorakılıq haaları olduqca artıb.
9 aprel 2024-cü il – Döyüşlər təxminən yarım milyon insanın sığındığı indiyə qədər sakit əkinçiliklə məşğul olan Əl-Qadaref əyalətinə yayılır.