XARTUM, ArabAZ
Sudanın qərbində yük təyyarəsi vurulub. Sudan Çevik Reaksiya Qüvvələrinin verdiyi məlumatda təyyarə heyətində Rusiya vətəndaşlarının olduğu deyilib.
ArabAZ-un məlumatına görə, bu barədə Rusiyanın Sudandakı Səfirliyi bildirib.
“Səfirlik Sudan hakimiyyəti ilə daimi əlaqə saxlayır, bu hadisənin səbələrini araşdırmaq üçün bütün lazımi tədbirləri görür”, – deyə qeyd olunub.
“İl-76” təyyarəsi döyüşlərin getdiyi Darfurda vurulub. Qəza yerində Rusiya pasportu və BƏƏ-də yerləşən Qırğızıstan aviaşirkətinin mühəndis vəsiqəsi tapılıb. BƏƏ Sudan Qüvvələrinə silah verməkdə ittiham olunur, BƏƏ ittihamları rədd edir.