Bağdad,ArabAZ

İraqda Nuri əl-Maliki ilə Məhəmməd Şia əl-Sudani arasında hedən soyuq müharibə ğlkə həyatının bütün sahələrində öz əksini tapır. Hər iki  siyasi rəqib növbəti seçki arenasına sürətlə irəliləyir. Bəzi siyasi  ekspertlər hesab edir ki , bu iki rəqib aralarında sövdələşmə olmasa İraq çox ciddi problemlər qarşısında qalacaq.

Gələn il iraqlılar parlamentdə öz nümayəndələrini seçməli idilər, lakin keçmiş baş nazir Nuri əl-Maliki növbədənkənar seçkilərin olmasında israrlıdır. Çoxları növbədənkənar  seçkilərin mümkünlüyünə şübhə etsələr də, növbədənkənar seçkilərin keşirilməsi ilk  növbədə hazırki siyasi hakimiyyətə müharibə elan etməkdir. Digər bir tərəfdən növbədənkənar seçkilərin olması üçün siyasi mühitin olması və buna uyğun qanun layihəsinin olması lazımdır.

Əl-Maliki qanun layihəsinin hazırlanmasında ən həvəsli siyasətçidir.  İranın dəstəyi ilə məzhəb müharibələri fonunda hakimiyyətə gələn Maliki hal hazırda özünü tacsız padşah hesab edir. “ O İran və Amerika sevgisinin nəticəsidir” fikri ilə bir çox iraqlı razıdır.  Maliki İraqda olan məzhəb problemindən və İran faktorundan bacarıqla istifadə edə bilən bir siyasi  fiqurdur.
Hökumətdən getdikdən sonra da, Əl-Maliki şiə siyasi layihəsinin xaç atası olaraq qaldı, məzhəb dominantlığı üzərində qurulan partiyalar mo hakimiyyətdə olmasa belə bir çox mübahisəli məslələrdə məhz ona müraciət edirdilər.

Əl-Maliki özünü “müasir İraq şiələrinin xilaskarı” kimi təqdim edir və sünnilər və kürdlərdlə siyasi  ittifaqın mümkünszülüyünü iddia edir.

Hazırki baş nazir ilə Məhəmməd Şia əl-Sudaniyə gəlincə isə, Amerika qüvvələri İraqı işğal edəndə və Səddam Hüseyn rejimini devirəndə  o Meysan əyalətində (cənubda) hökumətdə işləyən kənd təsərrüfatı mühəndisi idi . Səddamın devrilməsindən sonra müxalif qohumları və ailəsnini hesabına ulduzu parlayan əl-Sudan daha sonra bizneslə məşğul olmağa başlayır.Sonrakı illərdə Əl-Sudani dövlət idarələri sıralarına yüksəldi və Əl-Maliki hökümətində müxtəlif vəzifələrdə çalışdı. Əl-Sudani ciddi  siyasi təcrübəyə sahib olmasa da hakimiyyətdə olduğu müddət ərzində böyük təcrübə sahibi oldu.

Belə görünür ki, Əl-Maliki əl-Sudanini “doğru adam” hesab edirdi. Əl-Maliki hökümətində ikinci dərəcəli məmur olan əl-sudani illər ərzində məzhəb faktorundan  faydalanaraq, şiə ictimai –siyasi həyatında möhkəmlənə bilmişdi.

İraqda keçiriləcək parlament seçkilərin tam vaxtı hələ təyin olunmasa da iki şiə lider arasında olan siyasi gərginlik durmadan artmaqdadır. Bunun ölkənin siyasi həyatına necə təsir edəcəyini zaman göstərəcək.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version