DƏMƏŞQ,ArabAZ
Amerikanın yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, İraq müharibəsi zamanı Amerika qüvvələrinə qarşı ən şiddətli hücumlardan birinin planlaşdırılmasına kömək edən Livan Hizbullah terror qruplaşmasının yüksək rütbəli lideri Əli Musa Daqduq İsrailin Suriyaya hücumu zamanı öldürülüb.
Amerika qüvvələri 2007-ci ildə Əli Musa Daqduqu həbs etmişdi. Amerikanın NBC saytının məlumatına görə, dörd il sonra İraq hakimiyyəti İranın təzyiqi ilə daha sonra onu azad edib.
Daqduqun t kömək etdiyi kompleks basqın ABŞ-İraq birgə hərbi kompleksində baş verdi.
20 yanvar 2007-ci ildə Kərbəlada bir qrup şəxs özlərini Amerikanın hərbi təhlükəsizlik komandası kimi geyinərək, Amerika və İraq əsgərlərinin yerləşdiyi binanın yaxınlığında bir neçə keçid məntəqəsini zəbt edirlər.İNgiliscə mükəmməl danışan Hizbullahçılarla ABŞ əsgərləri arasında baş verən toqquşmada iyirmi amerika əsgəri öldürülür.
Say üstünlüyü ABŞ əsgərlərində olduğu üçün Hizbullahın hücum əmiliyatı yarımçıq qalır və ondan hadisı yerindən qaça bilirlər.
Hücumdan sonra Amerika rəsmiləri əməliyyatı həyata keçirmək üçün lazım olan koordinasiya, təlim və kəşfiyyat səviyyəsinə əsaslanaraq, silahlıların İrandan birbaşa dəstək aldıqlarından şübhələnirdilər.
Amerika qüvvələri 2007-ci ilin martında Daqduqu həbs edib. NBC-nin verdiyi məlumata görə, onlar sübut ediblər ki, Kərbəla hücumunun planlaşdırılmasında İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı Qüds Qüvvələri iştirak edib. İstintaq zamanı Daqduq əməliyyatın Qüds Qüvvələrinin birbaşa dəstəyi və təliminin nəticəsi olduğunu etiraf edib.
ABŞ hərbçiləri Daqduqu bir neçə il İraqda saxlayıb, sonra 2011-ci ilin dekabrında İraq hakimiyyətinə təhvil veriblər.
İraq rəsmiləri Daqduqu mühakimə edəcəklərini söylədilər, lakin o, aylar ərzində azadlığa buraxıldı və bu, Amerika rəsmilərini qəzəbləndirdi. O, qısa müddət sonra yenidən Hizbullahla qayıdıb.