ANKARA,ArabAZ
Suriyadakı rejim əleyhdarı qruplaşmalar Hələbin böyük bir hissəsini ələ keçirdikdən sonra Əsəd rejimi Hələbdən çəkildiyini açıqlayıb. Bundan əlavə, müxalif qruplar Xan Şeyxunu ələ keçirərək bütün İdlibə nəzarəti ələ keçirib.
ArabAZ xəbər verir ki,uriya ordusu Hələbdən müvəqqəti geri çəkilməsinin müxalifətə qarşı hücum hazırlamaq məqsədi daşıdığını bildirib.
REJİM QÜVVƏLƏRİNİN HƏLƏBDƏN ÇƏKİLMƏSİ İLƏ BAĞLI BƏYANAT VERİLİB
Suriya rəhbərliyi ilk dəfə olaraq Hələbdə müxalifətin olduğunu təsdiqləyərək “Hələbdən çəkildiklərini” açıqlasa da, bunu “müvəqqəti geri çəkilmə” kimi qiymətləndirib və əks-hücumların həyata keçiriləcəyini bildirib. Bunun üçün planlarını da əlavə edərək, “Məqsədimiz əks hücum təşkil etməkdir .
Beynəlxalq xəbər agentliklərinin son xəbərlərinə görə, Suriya rəhbərliyi şənbə günü səhər saatlarında Hələb hava limanını və Hələbə gedən yolları bağlayıb.