DƏMƏŞQ,ArabAZ
Bazar ertəsi Suriya müxalifətinin Hərbi Əməliyyatlar İdarəsi məcburi xidmətdə olan bütün əsgərlər üçün ümumi amnistiya elan edib.ArabAZ xəbər verir ki, bu haqda müxaliflər rəsmi telegram kanallarında yazıblar.
“Hərbi Əməliyyatlar İdarəsi məcburi xidmətə çağırılan bütün əsgərlər üçün ümumi amnistiya elan edir və onlara hücum etmək qadağandır”.-deyə rəsmi bəyanatda bildirilir.