Dəməşq,ArabAZ
İranın İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hərbi müşaviri Suriyada son həftələrdə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. ArabAz xəbər verir ki, İnqilab Keşikçiləri Qvardiyasının baş komandanı Hüseyn Salam,polkovnik Əhmədrza Əfşarinin öldüyünü təsdiqləyib.
“Polkovnik Əhmədrza Əfşari koalisiyanın havadan bombardmanları nəticəsində aldığı xəsarətlər nəticəsində şəhid olub”, – deyə İran rəsmisi bildirib.
İran mediası zərbənin dəqiq tarixini açıqlamasa da, Afşarinin iyulun sonu avqustun əvvəli arasında xəsarət aldığını bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 2011-ci ildə başlayan vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləməyə başlayandan bəri Tehranın nüfuzunun artdığı İranla əlaqəli qruplaşmalara qarşı Suriyada hərbi hava əməliyyatları keçirir.