Bazar, 28 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Suriyada şəhər büdcələri təsdiqlənib

Suriyada şəhər büdcələri təsdiqlənib

İyun 25, 2026 3:37 axşam
Paylaş
Paylaş

Suriyanın Yerli İdarəetmə və Ətraf Mühit naziri Məhəmməd Əncərani inzibati vahidlərin fəaliyyətini dəstəkləmək, həmçinin onlara dəqiq və təsdiqlənmiş maliyyə vəsaitləri çərçivəsində inzibati və xidmət prioritetlərini həyata keçirmək imkanı yaratmaq məqsədilə bir sıra şəhər şuralarının 2026-cı il üçün büdcələrini təsdiqləyib.

ArabAZ xəbər verir ki, nazirlik bu gün (cümə axşamı) özünün “Telegram” kanalı vasitəsilə verdiyi açıqlamada bildirib ki, 14 may – 1 iyun 2026-cı il tarixləri arasında 11 vilayət üzrə ümumilikdə 106 şəhər şurasının büdcəsi rəsmən təsdiq edilib. Qurumun məlumatına görə, büdcəsi təsdiqlənən qurumlar arasında Dəməşq ətrafı (Rif Dəməşq) vilayətindən 22, Deyr əz-Zordan 19, İdlibdən 14, Hələbdən 12, Hamadan 11 və Humusdan 10 şəhər şurası yer alır. Nazirlik həmçinin qeyd edib ki, əl-Fua şəhər şurasının 2026-cı il büdcəsinin təsdiqi barədə qərara xərclər və gəlirlərin müəyyən olunmuş bəndlər çərçivəsində sabitləşdirilməsi də daxildir.

Nazirliyin qiymətləndirməsinə görə, büdcələrin təsdiqlənməsi inzibati vahidlərə dəqiq ayrılmış vəsaitlər əsasında fəaliyyət göstərməyə, xərc və gəlir proseslərini tənzimləməyə, eləcə də vətəndaşların ehtiyaclarını qarşılayacaq xidmət və inzibati prioritetlərin icrasını izləməyə kömək edir.

Şəhər şuralarının büdcələri Suriyadakı inzibati vahidlərin illik fəaliyyətlərini tənzimləmək üçün əsas maliyyə aləti hesab olunur. Çünki bu büdcələr xərc və gəlirlərin prioritetlərini müəyyən edir, mövcud resursları müxtəlif sektorlarda infrastruktur və xidmət layihələrinin icrasına, eləcə də ictimai xidmətlərin səviyyəsinin yüksəldilməsinə yönəldir.

Şəhər şuralarının büdcələrinin qəbul edilməsi inzibati mərkəzsizləşdirmənin (desentralizasiya) dəstəklənməsi, yerli qurumların xidmət funksiyalarını yerinə yetirməsi üçün səlahiyyətlərinin artırılması, həmçinin onların planlaşdırma, icra və monitorinq potensialının gücləndirilməsi istiqamətində göstərilən səylərin tərkib hissəsidir. Bu isə öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vilayətlərdə inzibati sabitliyin möhkəmlənməsinə töhfə verir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərSuriya

Əş-Şərra Qətər əmiri ilə nələri müzakirə edib?

Müəllif:
mail.azerpress@gmail.com
İordaniya

Əqəbə limanında rekord artım

Müəllif:
ArabAZ News
Suriya

Laziqiyyə limanıdan Avropaya ilk avtomobil tranziti başladı

Müəllif:
ArabAZ News
İordaniyaYaxın Şərq

Petrada əcnəbi turistlərin sayı kəskin azalıb

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.