TEHRAN,ArabAZ
Suriyadakı qüvvələrimizin mövcudluğu “müdafiə və ya dəstək üçün deyil, terrorla mübarizə məqsədi daşıyırdır.ArabAZ xəbər verir ki, bu haqda İran XİN bəyanatında deyilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi növbəti mətbuat konfransında bildirib ki, Tehran Dəməşqdəki səfirliyini tezliklə açmayacaq.
“Bizim Suriyadakı mövcudluğumuz bir şəxsi, qrupu və ya partiyanı müdafiə etmək və ya dəstəkləmək üçün deyil, əksinə, sülh və sabitliyin bərqərar olmasına, xüsusən də terror və İŞİD-ə qarşı mübarizəyə kömək etmək məqsədi daşıyan əsas varlıq idi.Biz bu ölkədə hökumətin dəvəti və məsləhət vermək üçün iştirak etdik “-deyə o bildirib.
Qeyd edək ki, Suriya və İran uzun müddətdir ki, dostluq münasibətlərinə malikdir və Bəşərin atası Hafiz Əsəd İran-İraq müharibəsi zamanı İranın tərəfində olub.
Bəşər Əsədin hakimiyyəti dövründə İran Suriyada siyasi, maliyyə və hərbi səviyyədə daha çox iştirak edib, , Suriyada uzun sürən vətəndaş müharibəsində Əsədi dəstəkləyib . Əsəd rejiminin ayaqda qalması üçün milyardlarla dollar xərcləyib və “İnqilab Keşikçiləri” qüvvələrini bu ölkəyə yerləşdirib.
Bu qüvvələr həm də şiələrin müqəddəs yerlərini müdafiə etməklə öz varlıqlarına haqq qazandırmaq məqsədilə “pirlərin müdafiəçiləri” adlandırılırdı.
Dekabrın 8-də İranın Suriyadakı səfirliyi hücuma məruz qaldı və bu, müttəfiq ölkə üçün ağlasığmaz bir hərəkət idi.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasına müsahibəsində deyib ki, İran səfirliyi “tezliklə öz fəaliyyətini bərpa edəcək”. Əkbəri Müəmmər Qəddafi rejiminin süqutu zamanı İranın Liviyadakı səfiri olub.
Bəşər Əsədin devrilməsindən sonra İran hakimiyyəti 4000-ə yaxın vətəndaşının geri qayıtdığını təsdiqləyib. Rəsmi rəqəmlər göstərir ki, son illər Suriyada 10 minə yaxın iranlı yaşayırdı.