Dəməşq,ArabAZ
İran tərəfindən dəstəklənən Hizbullah qruplaşması ilə İsrail arasında yaşanan münaqişə dünyanın gündəmindədir. Bir çox siyasi ekspertləri hesab edir ki , İsrail Qəzzada səbəb olduğu kütləvi qırğınların eynisini Livanda “Hizbullahla savaş” adı altında təkrarlayacaq.
Bu gün həqiqətən də Livanda Qəzzada yaşananların təkrar olunması ehtimalı var və bu ehtimal hər gün daha real olmağa başlayır.
Yaxın Şərqi ona görə anlamaq çətindir ki, burada bir qatil rahat bir şəkildə insanlıqdan və eləcə də ədalətdən danışa bilər, misal üçün Hizbullah… Bəli Hizbullah bir zamanlar “Qüdsün yolu Suriyadna keçir” deyərək minlərlə insanən qətlinə şərik olan Hizbullah…
Digər bir tərəfdən görəsən Suriyanı qala bulayan Hizbullah haqqında sadə suriyalılar nə düşünür. Qeyd edək ki , Livanda demək olar ki, əhalinin əksər təbəqəsi yaşanan son hadisələrdə Hizbullahı günahlandırır.
Digər bir tərəfdən artıq Həsən Nəsrullahın məğrur və pafoslu çıxışları da cılız görünür.
Bəs görəsən evləri “İslam Müqaviməti” bəhanəsiylə yandırılıan, suriyalılar Hizbullah və İsrail arasındakı silahlı mühaqişədə haqqında nə düşünür?
Bunu anlamaq üçün sosial şəbəkələrdə suriyalı bir gəncin olduqca bəlağətli bir tərzdə oxuduğu şerin qısa məzmununu oxuculara təqdim edirik.
Onlar unutsda belə biz unutmadıq
Onlar unutsa belə biz xatırladarıq
Biz qanla dost olduq…
Onlar üzərimizə din adı ilə gəldilər
Bizimlə Hüseyn uğrunda vuruşdular
Bizə dedilər ki, sizə qarşı tarixi kinimiz var
Sizə babanız Bəni Ümeyyə dövründən qalan kinimiz var
Onlar torpaqlarımız işğal etdilər
Məscidlərimizi dağıltdılar
Evlərimizi yandırdırlar
Bizi sındırmaq üçün ruslarla itifaq etdilər
Və Qüdsün yolu burdan keçir dedilər
…..