DƏMƏŞQ,ArabAZ
Suriyada hakimiyyətə gələn “Heyat Təhrir Əl-Şam”ın lideri Əhməd Əl-Şaraa (Əbu Məhəmməd Əl-Culani) ölkəsinin müharibədən tükəndiyini və qonşuları və ya Qərb üçün təhlükə yaratmadığını bildirib və Suriyanı Əfqanıstanın surətinə çevirmək istəmədiyini vurğulayıb. ArabAZ xəbər verir ki, O BBC-yə müsahibəsində Əl-Şaraa Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
“Bütün baş verənlərdən sonra sanksiyalar ləğv edilməlidir, çünki onlar köhnə rejimi hədəf alırdılar. Qurbanla zalımla eyni rəftar edilməməlidir”- deyə o bildirib.
Əl-Şaraa təşkilatının BMT, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın “terror təşkilatları siyahısı”ndan çıxarılmasının vacibliyini vurğulayıb.
Heyət Təhrir əş-Şam 2016-cı ildə Əl-Qaidədən ayrılmış bir qrup olaraq fəaliyyətə başlayıb.
“Heyət Təhrir əş-Şam terror qruplaşması deyil. Biz mülki şəxsləri və ya mülki əraziləri hədəf almadıq”- deyən onların Bəşər Əsəd rejiminin cinayətlərinin qurbanı olduqlarını vurğulayıb.
O, Suriyanı Əfqanıstanın bir nüsxəsinə çevirmək istədiyini təkzib edərək, “iki ölkənin çox fərqli olduğuna və fərqli ənənələrə malik olduğuna” işarə edib. Əfqanıstan qəbilə cəmiyyətidir. Suriyanın fərqli mentaliteti var”.
Əl-Şara qadınların təhsil almasına inandığını da vurğulayıb.
“8 ildən artıqdır ki, İdlibdə universitetlərimiz var. Hesab edirəm ki, bu universitetlərdə qadınların faizi 60 faizdən çoxdur.Həyat Təhrir əl-Şam” 2017-ci ildən İdlibə nəzarət edir”-deyə o bildirib.
Əl-Şaranın başçılıq etdiyi Təhrir əş-Şamın rəhbərlik etdiyi qüvvələr, demokratiya tərəfdarı etirazların yatırılmasından 13 ildən çox vaxt keçdikdən sonra dekabrın 8-də Suriyadan qaçan Bəşər Əsədin hakimiyyətini devirdilər.