DƏMƏŞQ,ArabAZ
Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn “Heyat Təhrir əş-Şam”ın lideri İsrail qüvvələrinin ölkənin cənubuna soxulmasını pisləyib və mövcud vəziyyətin yeni müharibəyə imkan verməydiyini açıqlayıb.
ArabAZ xəbər verir ki, Əbu Məhəmməd Əl-Culani kimi tanınan Əhməd Əl-Şaraa deyib ki, İsrail Suriyaya hücumlarına haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə edir.
“Suriya yeni münaqişələrə girməkdə maraqlı deyil. Əsəd rejiminin bitməsindən sonra ölkədə yenidənqurma olmalıdır ”-deyə bildirib.
Əl-Şaraa keçən həftə Əsədi hakimiyyətdən devirən və ölkəni idarə edən Əsəd ailəsinin hakimiyyətinə son qoyan Heyət Təhrir əl-Şam qrupuna rəhbərlik edir.
Əsədin devrilməsindən sonra İsrail Suriya daxilində 1973-cü il müharibəsindən sonra yaradılmış silahsızlaşdırılmış zonaya daxil oldu və Dəməşqə baxan strateji Hermon (Cəbəl Şeyx) dağının Suriya tərəfinə nəzarəti ələ keçirdi və burada tərk edilmiş Suriya hərbi obyektini ələ keçirdi.
İsrail Suriyanın strateji silah anbarlarına yüzlərlə zərbə endirib, orada qalmaq niyyətində olmadığını bildirib və Suriya ərazisinə müdaxiləni sərhəd təhlükəsizliyini təmin etmək üçün məhdud və müvəqqəti tədbir kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya da daxil olmaqla bir sıra ərəb ölkələri İsrailin Colan təpələrində bufer zonanı ələ keçirməsini pisləyib.