Bazar ertəsi, 6 İyl 2026
ArabAZ-Ən yaxın şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən yaxın şərqArabAZ-Ən yaxın şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Səudiyyədə gənclər kafeləri yaradıcılıq mərkəzlərinə dəyişir

Səudiyyədə gənclər kafeləri yaradıcılıq mərkəzlərinə dəyişir

İyul 6, 2026 8:13 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanında gənclər arasında sosiallaşma vərdişləri köklü şəkildə dəyişir. Uzun illərdir davam edən ənənəvi kafe və restoran görüşləri artıq yerini dulusçuluq (saxsı qab) emalatxanalarına, kulinariya dərslərinə, şam hazırlama seanslarına və kvest otaqlarına (escape rooms) verir. Ölkə daxilində fəaliyyət göstərən interaktiv biznes sahələri sürətlə genişlənir.

ArabAZ xəbər verir ki, indi dost qrupları sadəcə qəhvə içmək üçün deyil, birlikdə nəsə hazırlamaq, yaratmaq və ya müəyyən məsələləri həll etmək üçün toplaşırlar. Bu sahədə fəaliyyət göstərən müəssisələr fərqli olsa da, onların əsas ideyası eynidir: istehlakçılar artıq passiv əyləncə üçün deyil, prosesdə birbaşa iştirak etmək üçün pul ödəyirlər.

“Vizyon 2030” və sevimli məşğuliyyət klubları

Bu yeni trend Səudiyyə Ərəbistanının “Vizyon 2030” (Vision 2030) proqramı çərçivəsində mədəniyyət, istirahət və əyləncə imkanlarının genişləndirilməsi strategiyasına tam uyğundur. Krallıq “Həyat Keyfiyyəti Proqramı” vasitəsilə vətəndaşların asudə vaxtlarını səmərəli keçirmələrini hədəfləyir və bu sahədə özəl sektorun investisiyalarını dəstəkləyir. Proqramın əsas layihələrindən biri olan “Hawi” milli platforması ölkə daxilində maraq klublarının yaradılmasını təşviq edir. Son illik hesabata görə, Səudiyyə Ərəbistanında artıq 215-dən çox hobbi növünü əhatə edən 1145 qeydiyyatdan keçmiş klub fəaliyyət göstərir. 2030-cu ilə qədər bu rəqəmin 6 minə çatdırılması planlaşdırılır.

24 yaşlı Nora əd-Dosari üçün bu emalatxanalar gündəlik monoton həyatı dəyişmək üçün mühüm vasitəyə çevrilib.

“Bir müddət həyatım yalnız iş, ev və telefonda sosial şəbəkələri izləməkdən ibarət idi. Alxobardakı ‘Tarfay’ icma məkanında dərslərə qoşuldum. Bura mənə evdən çıxmaq və yeni insanlarla tanış olmaq üçün gözəl bəhanə verdi. İnsanlar bura rəssam olmaq üçün gəlmirlər, onlar sadəcə birlikdə paylaşa biləcəkləri real təcrübə axtarırlar”. –deyə o bildirib.

Dammamdakı “Kleos” saxsı studiyasında dulusçuluq dərslərinə qatılan Qada ət-Təmimi isə bu məşğuliyyətin ona daxili sakitlik bəxş etdiyini bildirib. O qeyd edib ki, emalatxanada işlədiyi iki saat ərzində iş barədə, telefon bildirişləri və ətrafdakı gərginlik haqqında tamamilə unudur. Onun hazırladığı ilk saxsı fincan hazırda evindədir. “O mükəmməl deyil və mən mağazadan daha ucuzunu və yaxşısını ala bilərdim. Lakin mən fincana deyil, onu öz əllərimlə hazırlamaq təcrübəsinə pul ödəmişəm”, – deyə o vurğulayıb.

Sosial şəbəkələr, xüsusilə TikTok və Instagram platformaları bu interaktiv biznes sahələrinin populyarlaşmasını daha da sürətləndirir. Şam istehsalı, tort bəzədilməsi və ya dulusçuluq videoları milyonlarla baxış toplayır. Bir neçə il əvvəl axşam görüşü dedikdə yalnız restoran seçimi nəzərdə tutulurdusa, bu gün səudiyyəli gənclər birlikdə nəsə yaratmaq, xatirələr qurmaq və canlı ünsiyyət üçün pul ödəməyə üstünlük verirlər.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

MisirRedaktorun seçimiSəudiyyə ƏrəbistanıŞimali Afrika

Dünyada ilk ərəb sünii peyki hazırlanır

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Neom logistika mərkəzinə çevrilir -ilk irihəcmli əməliyyat başladı

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Körfəzin təhlükəsizliyi qırmızı xəttimizidir-Səudiyyə

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə BƏƏ-yə olan dron hucumlarını pisləyib

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən yaxın şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.