Səudiyyə Ərəbistanının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Şahzadə Rima bint Bəndər cümə axşamı günü ABŞ-ın Dövlət katibi Marko Rubio ilə rəsmi görüş keçirib.
ArabAZ xəbər verir ki, Şahzadə Rima Rubio ilə “regional proseslər, eləcə də Səudiyyə Ərəbistanı Krallığı ilə Amerika Birləşmiş Ştatları arasındakı güclü və uzunmüddətli tərəfdaşlıq əlaqələri” barədə məhsuldar müzakirələr apardıqlarını bəyan edib. Səfir öz rəsmi “X” (keçmiş Twitter) hesabında etdiyi paylaşımda bu sözləri qeyd edib:
“Ortaq prioritetlərimiz çərçivəsində sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.”

