BAKI,ArabAZ
Təvəkkül Əbdül-Salam Karman yəmənli hüquq müdafiəçisi , jurnalist və siyasətçidir. O 1979-cu il 7 fevralda Yəmənin Taiz şəhərində doğulub.
Onun atası Əbdül Salam Karman, hüquqşünas və siyasətçi, iki dəfə Əli Abdullah Saleh hökumətində ədliyyə naziri vəzifəsində çalışıb.
Karmanın ailəsinin Anadoludan və müasir Türkiyədə yerləşən Karaman şəhərindən olduğunu bildirir . Türkiyə hökuməti ona Türkiyə vətəndaşlığını təklif edib. Karman 2012-ci il oktyabrın 11-də o vaxtı XİN rəhbəri Əhməd Davudoğlunun nazir olduğu illərdə Türkiyə vətəndaşlığını qəbul edib.
Təvəkkül Səna Elm və Texnologiya Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi , daha sonra Səna Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb.2012-ci ildə o , Alberta Universitetində ( Kanada) beynəlxalq hüquq üzrə fəxri doktorluq dərəcəsinə yüksəlib.
2011 Nobel Sülh Mükafatı alıb və o Nobel mükafatı alan ilk Yəmən vətəndaşı, ilk ərəb qadını və ikinci müsəlman qadındır.Eyni zamanda o ən gənc Nobel mükafatçılarından biridir.
Təvəkkül 2011-ci ildə Yəmən inqilabı zamanı beynəlxalq şöhrət qazandı . Yəmənlilər hətta onu “dəmir qadın” və “inqilabın anası” adlandırırdılar.
2005-ci ildə jurnalistika sahəsində fəaliyyətə başlayıb. 2007-ci ildə jurnalist lisenziyasından məhrum edilir.Daha sonra o, mətbuat azadlığının müdafiəsi üçün həftəlik etiraz aksiyaları təşkil edir.
Tunisdə Bin Əlinin istefasına səbəb olan “Yasəmən İnqilabını” açıq şəkildə dəstəkləyibi. Onu bir çoxları, Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin siyasi rəqibi hesab edirdilər.
WikiLeaks- ə görə, Səudiyyə Ərəbistanının siyasətini açıq şəkildə pisləyən Təvəkkül bu ölkənin səlahiyyətli nümayəndələri ilə gizli görüşərək onlardan dəstək istəyib. O həmçinin Mənsur Hadinini husiləri və Əl-Qaidəni dəstəkləməkdə ittiham edib.
2005-ci ildə Təvakul Karman yeddi digər qadın jurnalistlə birlikdə insan hüquqlarını, xüsusilə fikir və ifadə azadlığı hüququnu və demokratik hüquqları müdafiə etmək məqsədi daşıyan “Zəncirsiz Jurnalistlər” (WJWC ) insan haqları hərəkatını yaratdı. Eyni təşkilatın başqa adı “Sərhədsiz Qadın Reportyorlar ” dır .
2009-cu ildə Karman bir sıra jurnalistlərə qarşı məhkəmə prosesi başlatan Yəmən İnformasiya Nazirliyinin fəaliyyətini tənqid edib.
2007-ci ildən 2010-cu ilə qədər Karman dəfələrlə Sənanın Azadlıq meydanında hökumət binası qarşısında etiraz aksiyaları və oturaq aksiyalar təşkil edib. 2010-cu ildə həmin etiraz aksiyalarından birində kimliyi bəlli olmayan bir qadın ona “cəmbiya” adlanan və yəmənlilərin istifadə etdiyi bıçaqla hücum edib.
Lakin bu hücum uğursuz olur.
Karman demokratiyanın təbliğində göstərdiyi fəallığa görə dəfələrlə siyasi təqiblərlə üzləşib. Beləliklə, 2011-ci ilin yanvarında o, Yəməndə qeyri-qanuni etirazların təşkilində və iğtişaşların qızışdırılmasında rol oynadığı iddiası ilə qısa müddətə həbs olunur.
Misirdəki etirazlar və 2012-2013-cü illərdəki hərbi çevriliş zamanı Karman etirazçıların Misir prezidenti Məhəmməd Mursinin istefası tələblərini dəstəkləyib , lakin münaqişənin hərbi yolla həllini, Mursinin zorla hakimiyyətdən kənarlaşdırılmasını tənqid edib.
Karman hərbi çevrilişə qarşı etirazlarda iştirak etmək üçün Misirə girməyə cəhd etdi , lakin Misir hərbi səlahiyyətliləri tərəfindən buna qadağa qoyuldu, saxlanıldı və yenidən Sənaya deportasiya edildi
Karman daha sonra hərbi xuntanın Mursiyə dəstək nümayişlərinə qarşı güc tətbiqini ,yüksək rütbəli məmurlar və hərbçilər arasında Müsəlman Qardaşlar tərəfdarlarının həbsini pisləyib.
Yəməndə qarşıdurma
Karman həm Yəmənin milli suverenliyinə təhlükə hesab edərək, həm şiə qiyamına , həm də Əl-Qaidənin Ərəbistan yarımadasındakı hərəkətlərinə qarşı çıxır. O, həm şiə, həm də sünni qruplarını qəsdən vəziyyəti sabitliyi pozmağa və Yəmən hökumətini devirməyə cəhddə ittiham edir. Karman husiləri İran hökumətindən xaricdən maliyyə yardımı almaqda günahlandırır.