Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Arab+ » Taleh Yüzbəyovun reklamı və Ərəb qadınlarının oxşar reaksiyası

Taleh Yüzbəyovun reklamı və Ərəb qadınlarının oxşar reaksiyası

İyul 21, 2026 1:02 axşam
Paylaş
Paylaş

Son dövrlər Azərbaycanda tanınmış aktyor Taleh Yüzbəyovun rol aldığı reklam çarxının qadın quditoriyası və gender fəalları arasında ciddi narazılıq və müzakirələr yaratması, reklam sənayesində etik sərhədlər və gender həssaslığı mövzusunu yenidən gündəmə gətirdi.

Oxşar dinamika və cəmiyyət reaksiyaları ərəb dünyasında da tez-tez müşahid olunur. Ərəb ölkələrində məşhur simaların, xüsusən kişilərin rol aldığı və qadın-kişi münasibətlərinə, gender rollarına və ya şəxsi sərhədlərə toxunan reklamlar zaman-zaman ciddi sosial müqavimətlə və tənqid dalğası ilə üzləşir.

Səhv anlaşılmasın , ArabAZ heyəti olaraq biz Taleh Yüzbəyovun rol aldığı reklam çarxına münasibət bildirmək fikrində deyilik. Buna baxmayaraq, bənzəri halların ərəb dünyasında da baş verdiyini söyləyə bilərik. ArabAZ olaraq ərəb ölkələrində də analoji reklamlar haqqında məlumatı oxucularımıza çatdırırıq.

“Citroën” və Amr Diab skandalı: Şəxsi sərhədlər və taciz mübahisəsi

Ərəb dünyasında qadınların və hüquq müdafiəçilərininn ən kəskin reaksiya verdiyi reklam layihələrindən biri 2021-ci ilin sonunda Misirdə təqdim olunan “Citroën” avtomobil brendinin reklamı oldu. Reklamın baş rolunda ərəb dünyasının ən məşhur müğənnilərindən biri olan Amr Diab çəkilmişdi.

Müğənni avtomobili idarə edərkən yoldan keçən bir qadın qəfildən maşının qarşısına çıxır. Əmr Diab avtomobilin daxili kamerası vasitəsilə qadının icazəsi olmadan onun fotosunu çəkir və şəkil telefonuna ötürülür. Daha sonra reklamda onlar görüşərkən təsvir olunur.

Bu reklam qadınların və cəmiyyətin kəskin reaksiyası ilə üzlışdi. Reklam yayınlandıqdan sonra, sosial şəbəkələrdə, xüsusən X (Twitter) və Instagram-da qadın fəallar tərəfindən kəskin tənqid olundu. Qadınlar bəyan etdilər ki, bu çarx küçədə qadınlara qarşı qanunsuz gizli fotoşəkil çəkməyi, şəxsi həyata müdaxiləni və açıq-aşkar tacüzü romantikləşdirir və normallaşdırır.

Səudiyyə islahatı və Tunis modeli-Ərəb feminizminin iki fərqli qütbü

Nəticədə qadın hüquqları təşkilatlarının və ictimaiyyətin kütləvi etirazından sonra “Citroën Egypt” rəsmi bəyanat yayaraq üzr istədi və reklam çarxını bütün platformalardan tamamilə sildi.

Ramazan reklamları və gender stereotipləri: Misir və Körfəz təcrübəsi

Ərəb ölkələrində, xüsusən Misir, BƏƏ və Səudiyyə Ərəbistanında Ramazan ayında yayımlanan reklamlar ən çox baxılan və eyni zamanda ən çox tənqid olunan kontentlər sırasındadır.

Çoxsaylı məişət texnikası, təmizlik vasitələri və qida brendlərinin reklamlarında qadınların yalnız mətbəxdə, xidmətçi və ya yalnız kişilərin rahatlığını təmin edən obrazda göstərilməsi ərəb qadın fəallarının kəskin reaksiyasına səbəb olur.

Məşhur aktyor və ya idmançıların rol aldığı bəzi reklamlarda qadınlara yuxarıdan aşağı baxılması və ya qadınların onların diqqətini cəlb etmək üçün yarışması ssenariləri sosial şəbəkələrdə “qadın ləyaqətinin alçaldılması” kimi qiymətləndirilir.

Misirdə Media Tənzimləmə üzrə Ali Şura (Supreme Council for Media Regulation) qadınların ləyaqətini alçaldan, stereotipləri təşviq edən və ya ictimai əxlaq sərhədlərini pozan bir çox reklamın yayımlanmasını qadın birliklərinin müraciəti ilə dayandırıb.

Tənqidlərin əsas məğzi: Ərəb qadınları nəyə etiraz edir?

Ərəb dünyasında qalmaqala səbəb olan reklamlara verilən reaksiyalar təhlil edildikdə, narazılıqların əsasən aşağıdakı amillər ətrafında cəmləndiyi görünür:

Razılıq olmadan davranışların normallaşdırılması: Məşhur kişilərin qadınların icazəsi olmadan onlara yaxınlaşması və ya fotolarını çəkməsinin “cəlbedici” kimi təqdim olunması.

Qadın obyektləşdirilməsi: Qadının müstəqil fərd kimi deyil, reklam olunan məhsulun və ya kişi obrazının tamamlayıcısı kimi göstərilməsi.

Məişət zorakılığı və ya təhqirin yumorla pərdələnməsi: Yumoristik motivli reklamlarda qadınlara qarşı psixoloji təzyiqin və ya alçaldıcı ifadələrin “zarafat” kimi qələmə verilməsi.

Ərəb dünyasındakı reklam skandalları göstərir ki, ənənəvi cəmiyyətlərdə gender həssaslığı getdikcə artmaqdadır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab+ArabShow

Prada fələstinli gənc müğənnini ulduz seçdi

Müəllif:
mail.azerpress@gmail.com
Arab SportArab+Qətər

Dohada “Qızıl” Yağışı: Qətər Körfəz Oyunlarında Rəqib Tanımır!

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Əminə Muaddi və Sandra Şəhab moda kolleksiyasını tanıdıblar

Müəllif:
ArabAZ News
Arab SportArab+

İngilis işğalına etiraz edən o məşhur İraq nəğməsi

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.