İSLAMABAD, ArabAZ:
Taliban hökuməti üç il əvvəl beynəlxalq ictimaiyyətə meydan oxuyaraq yenidən hakimiyyətə gəldikdən sonra, qazandıqdan sonra İŞİD terror təşkilatının fərqli qolu ola, Xorasan İslam Dövlətinin (XİD)hücumları ilə üzləşib.
Taliban tərəfindən Xorasançılara qarşı müqavimət artsa da onlar hələ də aktual və potensial terror yuvası olaraq qalırlar. Son olaraq İŞİD-in yeni qolunun ( bir çox eksperlərə görə, əslində İŞİD-in özünün) mart ayında Moskva konsert salonunda 140-dan çox öldürməsinə şahid olduq. Yanvarda XİD İranda törətdiyi partlayışda 90-dan çox insan həlak olub.
Təhdidlə (terrorla) mübarizə Qərb dövlətləri ilə qadınların hüquqlarını boğan İslam qanunlarına sərt baxışı diplomatik əlaqələri böyük ölçüdə boğan Taliban hökuməti arasında nadir razılaşma nöqtəsidir.
Beynəlxalq Böhran Qrupundan Qrem Smit AFP-yə deyib ki, “Qərb kəşfiyyat rəsmiləri deyiblər ki, Talibanla İŞİD-ə qarşı əməkdaşlıq davam edir, o cümlədən Talibana terrorçulara qarşı ölümcül tədbirlər görməyə imkan verən hədəf məlumatlarının paylaşılması olduqca vacibdir”
Talibanın amansız idarəçiliyindən şikayət edən və eyni zamanda Taliban ilə terrora qarşı birgə səy gösrtərən Qərb dövlətləri ciddi fikir böhranı içindədirlər.
XİD 2015-ci ildə yaradılıb və qlobal İslam “xilafəti” qurmaq ambisiyaları olan Yaxın Şərq sünni ekstremist qrupunun qoludur.
Üç il əvvəl ABŞ-ın rəhbərlik etdiyi qüvvələri devirdikdən sonra Taliban hökuməti təhlükəsizliyi ən yüksək prioritet elan etdi və xarici hücumları planlaşdıran yaraqlıların kökünün kəsiləcəyinə söz verdi.
Lakin Taliban ələ keçirən zaman böyük bir hərbi texnika ehtiyatı ələ keçirsə də, analitiklər kəşfiyyat məlumatlarının toplanmasındakı texnoloji çatışmazlıqlar səbəbindən XİD –in kökünü kəsə biləcəklərinə şübhə edirlər.
Belə ki, bir çox siyasi ejpertlər hesab edirlər ki, Talibanın edə biləcəyi işlərdə məhdudiyyətlər var.
2023-cü ilin martından 2024-cü ilin martına qədər XİD doqquz ölkədə 21 beynəlxalq hücum planlaşdırıb.
BMT Təhlükəsizlik Şurasının 2023-cü il hesabatında deyilir ki, “Taliban XİD ilə effektiv mübarizə üçün kəşfiyyat və maddi-texniki dəstək istəyib” və özünü terrorla mübarizə üzrə tərəfdaş kimi təqdim edib.
May ayında Əfqanıstanda XİD silahlı hücumu nəticəsində üçü ispan turist də daxil olmaqla altı nəfər həlak olmuşdu. Keçən ay qrup daha iki hücumu öz üzərinə götürdü və ümumilikdə 20 nəfəri öldürdü.
Lakin onların ən ölümcül zərbələri İranda, sonra isə dörd silahlının Crocus City Hall binasını mühasirəyə aldığı Moskvada olub.
Analitiklərin fikrincə, silahlılar əsasən taciklərdir – Əfqanıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələri arasında XİD tərəfdarlarının artması, xüsusilə Rusiya üçün təhlükəni artırır.
Moskva bundan sonra Taliban hökumətini qanundankənar qruplar siyahısından çıxaracağını bildirib. Lakin bu heç də dünyada Talibana baxışı dəyişdirmir.
Belə ki, Talibanın 11 sentyabr hücumlarını həyata keçirən Əl-Qaidə ilə, eləcə də İslamabadı hədəf alan Pakistan Talibanı ilə əlaqələri bu prossesi mürəkkəbləşdirir.