TEHRAN,ArabAZ
Qonşu ölkələr öz “hava məkanından” İrana hücum etmək üçün istifadə etməyə icazə verməyəcəklər. ArabAZ xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.
“Tehran və Təl-Əviv arasında Yaxın Şərqdə hərbi eskalasiya qorxusu fonunda, biz qonşularımızdan onların torpaqlarından və hava məkanından İrana hücum etmək üçün istifadə edilməyəcəyinə dair zəmanət aldıq”-deyə o bildirib.