TEHRAN,ArabAZ
İran Suriya prezidenti Bəşər Əsədə silahlı qruplaşmalarla döyüşdə dəstək olmaq üçün Suriyaya raket və pilotsuz təyyarələr göndərmək və oradakı hərbi müşavirlərinin sayını artırmaq niyyətindədir.ArabAZ xəbər verir ki, bunun İranın yüksək rütbəli rəsmisi deyib.
Adının açıqlanmasını istəməyən rəsmi qeyd edib ki, “Çox güman ki, Tehran Suriyaya hərbi texnika, raketlər və pilotsuz təyyarələr göndərməli olacaq… Tehran Suriyadakı hərbi məsləhətçilərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi addımları atıb. ”
Rəsmi əlavə edib: “İndi Tehran Suriyaya kəşfiyyat və dəstəyi verir”.