London,ArabAZ
Rabitə cihazlarına edilən son hücumların miqyası və onların Livandakı Hizbullah personalına təsiri misilsiz idi, çünki Hizbullah heç vaxt bu miqyasda təhlükəsizlik pozuntusunun şahidi olmamışdı.
Lakin bu hücumlar nəinki Hizbullaha ağır zərbə vurdu, həm də İranın Yaxın Şərqdəki agentlər şəbəkəsində panikaya səbəb oldu. Hücumlar HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun yaxınlaşan bir illiyinə təsadüf etdiyindən, İranın dəstəklədiyi qruplar indi Tehran rəhbərliyi altında HƏMAS-ı dəstəkləmək üçün güc nümayiş etdirməkdənsə, özünü qorumağa diqqət yetirirlər.
İranın dəstəklədiyi qruplar HƏMAS ilə simvolik həmrəylik nümayişi olaraq İsrailə misli görünməmiş hücumun birinci ildönümünü qeyd etməyi planlaşdırmış ola bilərdi. Lakin kommunikasiya hücumları nəticəsində yaranan xaosdan sonra bu qruplar çox güman ki, vundan ehtiyatlanacaqlar.
Hal hazırda Tehranın qürur mənbəyi olan Hizbullahı düşündürən tək bir şey var- İsrail agentləri təşkilata nüfüz edərək, onların sıralarına sıza bilibmi?
Yəməndəki Husilər və İraqdakı Asaib Əhli-Haq, peycer hücumundan sonra Hizbullahı dəstəkləyən açıq bəyanatlar verən ilk qruplar arasında idi. Amma hətta həmrəylik nümayişi belə, İsraili öz məqsədindən döndərmədi.
Livanda simsiz cihazların partladığı ikinci hücumdan sonra Suriya hökuməti silahlı qüvvələrinə və təhlükəsizlik xidmətlərinə əllərində olan bu cür cihazlardan xilas olmaq üçün təcili göstəriş verib.
Livan ssenarisi həmçinin İraqda mümkün təhlükəsizlik pozuntuları ilə bağlı çaxnaşma vəziyyəti yaratdı.Livandakı ikinci hücumdan sonra İraqda Xalq Səfərbərlik Qüvvələrinin Mosuldakı qərargahında baş verən qurğunun partlaması ilə bağlı xəbərlər yayılmağa başladı.
Bu şayiələr sonradan təkzib edilsə də, söylənilənlər İraqda dərin siyasi parçalanmanın əsasını qoydu. Bu parçalanma İraq şiə qrupları arasında qarşılıqlı etimadı artıq zəiflədib.Livandakı hadisələr mövcud inamsızlığı daha da artırdı. Təhlükəsizliyə və daxili xəyanətə dair oxşar narahatlıqlar regionda İrana bağlı digər qruplarda da səslənir.
İranın agentləri İsrail və Birləşmiş Ştatlar qarşısında yığcam bir cəbhə yaratdıqlarını iddia etsələr də, taktiki dəstək onların əlaqələrinin vacib hissəsi olsa da, onların heç vaxt vahid hərbi qurum kimi tam koordinasiya etmədiyini görürük.
İranın vəkilləri üzərində nəzarəti itirir?
Əslində İran və onun agentləri qarşıdan gələn təhlükəni çox tez dərk etməli idilər. İranın şəbəkəsi nə qədər genişlənsə, o, haker hücumlarına qarşı hər zaman həssas olub. Həqiqətən də, Xalq Səfərbərlik Qüvvələrinin və Husilərin meydana çıxmasından əvvəl, illərdir ki, İran və agentləri bu məsələdə olduqca həssas idilər.
Suriya münaqişəsi boyunca Suriyada meydana çıxan saysız-hesabsız şiə qrupları ilə birlikdə İran qrupların ən qədimi və ən təcrübəli olan Hizbullaha bu yeni gələnlərin bacarıqlarını inkişaf etdirmək vəzifəsi qoyulmuşdu.
İslam İnqilabı Keşikçiləri Korpusu bu missiyada Hizbullaha dəstək versə də, kursantların sayı iki dəfə artdığı üçün SEPAH və Hizbullahın nəzarəti illər ərzində azalıb. Nəticə o oldu ki, İranın dəstəklədiyi həmin qruplar daxilində bir sıra insanlar asanlıqla aşkar olunmadan İsrail və ya ABŞ üçün məxfi agent kimi işləyə bildilər.
Lakin reallıq ondna ibarətdir ki, SƏRT “İDARƏETMƏ” onları hakerlərin mövcudluğundan tam qoruya bilmədi. Oktyabrın 7-ni qeyd etməyi planlaşdırmaq əvəzinə, İranın etibarlı nümayəndələri indi insidentləri yenidən qiymətləndirmək və mümkün təhlükəsizlik pozuntularını araşdırmaqla məşğul olacaqlar.
İran İnqilabı Keşikçiləri və İranın vəkilləri ( proksi gücləri) Suriya münaqişəsində və həm Suriyada, həm də İraqda İŞİD terror təşkilatı ilə mübarizə kontekstində iştirak ediblər və bu inkar olunmaz faktdır. Lakin İraq və Suriya marşrutunun İraqn üçün ən önəmli narkotik dəhlizi olduğu da faktdır.
İllərdir bu marşrut İran və onun agentləri üçün qaçaqmalçılıq və Captagon kimi narkotik ticarəti kimi digər qeyri-qanuni fəaliyyətlər yolu ilə vəsait təmin etməkdə əvəzsiz olub.
İran və Hizbullahın Suriyada rolu artdıqca, onlar bu dəhlizdən daha aktiv istifadə etməyə başlayırdılar.
Onlar bəzən xarici malların əldə edilməsində vasitəçi kimi çıxış edirdilər, lakin malların və vasitəçilərin özləri həmişə etibarlı olmurdu.
Belə ki, 2024-cü il may ayının sonlarında müxalif Suriya telekanalı tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Latakiya limanı və Livan ilə Suriya arasındakı quru sərhədi vasitəsilə Suriyaya daxil olan günəş panellərinin daşınmalarında casus cihazları aşkar edilib. Suriya ordusunun 4-cü diviziyası prezident Bəşər Əsədin qohumu ilə birlikdə bu alışa şərait yaradıb. Bu casus cihazları İsraillə əlaqəli idi və İran İnqilab Keşikçiləri Korpusunu və Suriyadakı İran agentlərini izləmək üçün nəzərdə tutulmuşdu.
Beləliklə İsrailin Livanda həyata keçirdiyi gizli əməliyyatını “müqavimət oxundan” terror oxuna çevrilmiş İranın proksi şəbəkəsindəki qruplara qarşı çəkindirici üsul kimi dəyərləndirmək olar.