Bakı, ArabAZ

Tel-Əvivdən 1,5 km uzaqlıqdakı hərbi kəşfiyyat bazasını hədəf aldıq.

ArabAZ xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Həsən Nəsrullah deyib.

O, hərəkatın yüksək rütbəli komandirlərindən Fuad Şükürün öldürülməsinə görə cavab tədbirinin İsrail və ABŞ-ın sayıqlığı nəzərə alınaraq təxirə salındığını bildirib.

Nəsrullah, İsrailin Dahiyəyə hücum edərək Şükürü öldürməklə bütün qırmızı xətləri keçdiyini və gərginliyin artmasının səbəbinin Tel-Əviv rəhbərliyi olduğunu qeyd edib.

“Bugünkü hücumda əsas hədəfimiz İsrailin Glilot hərbi bazası olub. Glilot hərbi bazası Livandan 110 kilometr, Təl-Əvivdən isə 1500 metr aralıda yerləşirdi. Bu bazada dinləmə və casusluqla məşğul olan 8200 bölmə var. Pilotsuz uçuş aparatlarının hava məkanına daxil olmasını təmin etmək üçün İsrailin şimalına və işğal altındakı Qolan təpələrinə 300 Katyuşa raketi atdıq. Bu qədər raket Dəmir Qübbəni məşğul saxlamaq üçün kifayət idi.” – deyə Nəsrullah vurğulayıb.

“Katyuşa” raketlərindən sonra İHA-ları aktivləşdirdiklərini açıqlayan Nəsrullah, ilk dəfə olaraq PUA-ların Beka bölgəsindən atıldığını və buradan atılan bütün İHA-ların müəyyən edilmiş hədəflərə çatdığını bildirib.

Hafiz Rufizoğlu

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version