ANKARA,ArabAZ
Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı davam edir. ArabAZ xəbər verir ki, terror təşkilatı PKK/YPG-nin tədarük xətlərini kəsən SMO Tel-Rifatı mühasirəyə alaraq bir çox kəndi terrorçulardan təmizləyib.
Əsəd PKK/YPG-DƏN DƏSTƏK İSTƏDİ
Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə; Suriya rejim qüvvələri müxaliflərin Hələbə qarşı əməliyyata başlaması ilə çox qısa müddətdə nəzarəti altında olan əraziləri itirib. Bu vəziyyətdən sonra Suriya rejimi müxaliflərə qarşı terror təşkilatı PKK/YPG-dən dəstək istəyib. Suriya rejimi nəzarətindəki torpaqları Fəratın şərqindəki PKK/YPG qüvvələrinə təhvil verməyə başlayıb. Bu səbəbdən Fəratın şərqindən xeyli sayda PKK/YPG-li Hələb bölgəsinə keçib.
Tel-Rifatın azad olunması üçün aparılan döyüşlərdə minlərlə PKK/YPG terrorçusu məhv edilib.
Previous ArticlePezeşkiandan fantastik iddia- İran heç vaxt…
Next Article İsrail Suriyadakı hadisələri diqqətlə izləyir
Əlaqəli xəbərlər
Şərh əlavə et