Cümə, 3 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Terrorizm heç bir din və millətlə əlaqələndirilə bilməz – Qətər

Terrorizm heç bir din və millətlə əlaqələndirilə bilməz – Qətər

İyul 3, 2026 3:49 səhər
Paylaş
Paylaş

Qətər Dövləti terrorizmin bütün forma və təzahürlərini növbəti dəfə kəskin şəkildə pisləyib. Rəsmi Doha qeyd edib ki, icraçılardan və motivlərdən asılı olmayaraq, terrorizm beynəlxalq sülhə, təhlükəsizliyə, davamlı inkişafa, insan hüquqlarına və qanunun aliliyinə ciddi təhdiddir. ArabAZ xəbər verir ki,Qətər BMT-nin Qlobal Əks-Terror Strategiyasına və onun dörd əsas sütununun tam yerinə yetirilməsinə sadiq olduğunu bəyan edib.

Bu bəyanatla Qətərin BMT yanındakı daimi nümayəndəsi Şeyxa Alyə Əhməd bin Seyf Əl-Sani çıxış edib. O, BMT-nin Nyu-Yorkdakı baş qərargahında, Baş Assambleyanın Qlobal Əks-Terror Strategiyasının doqquzuncu icmalı çərçivəsində keçirilən iclasında ölkəsinin mövqeyini çatdırıb.

Şeyxa Alyə qeyd edib ki, terrorizmin qarşısını almaq üçün ilk növbədə onun yayılmasına şərait yaradan amilləri aradan qaldırmaq lazımdır. Bu amillərə münaqişələr, xarici işğal, nifrət nitqi və insan hüquqlarının pozulması daxildir. Terror qruplaşmaları yeni üzvlər toplamaq üçün məhz bu boşluqlardan istifadə edirlər.

Qətər rəsmisi gənclərin imkanlarının genişləndirilməsini, təhsilin təşviqini və qarşılıqlı dialoqun gücləndirilməsini vacib hesab edir. O vurğulayıb ki, dözümlülük və dini dəyərlərə hörmət radikal ritorikaya qarşı ən güclü qalxandır. Terrorizm heç bir din, millət, sivilizasiya, mədəniyyət və ya etnik qrupla əlaqələndirilməməlidir. Eyni zamanda irqçilik, ksenofobiya və İslamofobiya kimi amillərdən qidalanan terror təhdidlərinə qarşı da birgə mübarizə aparılmalıdır.

BMT-nin ən böyük donoru: Qətərin milyonlarla dollarlıq maliyyə dəstəyi

Qətər Dövləti BMT-nin Əks-Terror Ofisi ilə strateji tərəfdaşlığını xeyli gücləndirib. Ölkə bu ofis yarandığı gündən ona maliyyə dəstəyi verən ilk dövlətlərdən biridir. 2019-cu ildən bəri Qətər bu quruma hər il 15 milyon dollar qrant ayırır. Bu rəsmi maliyyə dəstəyi müqaviləsi 2026-cı ilə qədər yenidən uzadılıb.

Hazırda Qətərin ümumi yardımlarının həcmi 141 milyon dolları ötüb. Bu rəqəm Əks-Terror Məqsədli Fonduna edilən bütün qlobal yardımların təxminən üçdə birinə bərabərdir. Bu göstərici ilə Qətər ofisin dünyadakı ən böyük donoru (maliyyələşdiricisi) statusunu daşıyır. Bu vəsaitlər terrorçuların səyahətlərinin qarşısının alınması, həssas hədəflərin qorunması və irimiqyaslı idman tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi kimi qlobal proqramlara xərclənir. Həmçinin 2020-ci ildən bəri Ofisin ən mühüm regional bölmələrindən biri olan Əks-Terror üzrə Davranış Alətləri Beynəlxalq Mərkəzi rəsmi olaraq Doha şəhərində fəaliyyət göstərir.

Milli səviyyədə görülən tədbirlər

Şeyxa Alyə Qətərin daxili mübarizə strategiyasına da toxunub. Onun sözlərinə görə, ölkə öz qanunvericilik və institusional sistemini beynəlxalq öhdəliklərə uyğun olaraq təkmilləşdirib. Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və terror aktlarının kriminallaşdırılması istiqamətində ciddi qanunlar qəbul edilib.

Ölkədə preventiv tədbirlər, mühafizə, cinayət təqibi və reabilitasiya elementlərini əhatə edən hərtərəfli Milli Strategiya tətbiq olunur. Bu fəaliyyət planı Milli Əks-Terror Komitəsi tərəfindən bütün aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə idarə edilir. Qətər rəsmisi bəyanatının sonunda terrorizmdən azad bir gələcək üçün beynəlxalq birliyə dəstək verməyə davam edəcəklərini bir daha təsdiqləyib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərSuriya

Əş-Şərra Qətər əmiri ilə nələri müzakirə edib?

Müəllif:
mail.azerpress@gmail.com
Qətər

Qatar Airways-dən möhtəşəm uğur

Müəllif:
ArabAZ News
Qətər

Dohadan biznesə dəstək-Yeni paket açıqlandı

Müəllif:
ArabAZ News
Qətər

Qatar Airways 150 istiqamətə uçuşları bərpa edir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.