Çərşənbə, 8 İyl 2026
ArabAZ-Ən yaxın şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən yaxın şərqArabAZ-Ən yaxın şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Tramp Köhnə düşmən Əş-Şəraa ilə nəyi müzakirə edəcək?

Tramp Köhnə düşmən Əş-Şəraa ilə nəyi müzakirə edəcək?

İyul 7, 2026 7:41 axşam
Paylaş
Paylaş

Ankarada keçirilən NATO-nun 36-cı sammiti ABŞ Prezidenti Donald Trampın regional təhlükəsizlik yanaşmaları və Şimali Atlantika Alyansının gələcək arxitekturası fonunda qlobal müstəvidə son dərəcə kritik bir sınağa çevrilib. 7-8 iyul 2026-cı il tarixlərində baş tutan bu zirvə görüşü, hər hansı fundamental sənədlərin qəbulundan ziyarə, daxili geopolitik qütbləşmələrin pik həddə çatdığı və transatlantik əlaqələrin gərginləşdiyi bir vaxta təsadüf etməsi ilə xüsusi önəm daşıyır.

Ukrayna və İrandakı hərbi münaqişələr qlobal təhlükəsizlik strukturunu kökündən sarsıdarkən, Vaşinqton ilə avropalı müttəfiqləri arasında yaranan soyuqluq sammitin əsas pərdəarxası mövzusudur. Donald Trampın Alyansı ABŞ üçün “ağır yük” hesab edən siyasəti və Hörmüz boğazının açılması bəyanatlarına Avropadan gözlənilən dəstəyin gəlməməsi bu gərginliyi daha da artırıb. Hətta Tramp bəyan edib ki, əgər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən ondan xahiş etməsəydi, Ankaradakı bu sammitə qatılmayacaqdı. Bu mürəkkəb mühitdə Ərdoğan və NATO Baş katibi Mark Rutte Tramp ilə müttəfiqlər arasında vasitəçilik rolunu oynamağa çalışırlar.

“NATO 3.0” konsepsiyası və Avropanın müstəqil müdafiə həmləsi

Ankara sammitinin əsas gündəm maddələrindən biri Alyansın tarixində yeni mərhələni simvolizə edən “NATO 3.0” konsepsiyasıdır. Soyuq müharibə və ondan sonrakı dövrləri geridə qoyan ittifaq, Ukrayna müharibəsi ilə başlayan bu üçüncü mərhələdə ABŞ-dən asılılığı azaltmağı, lakin atlantik çərçivəyə sadiq qalmağı hədəfləyir.

Trampın ötənilki Haaqa sammitində Avropa ölkələrinin hərbi xərclərini ÜDM-in 5 faizinə qaldırmaq şərtini qəbul etdirməsi və ABŞ qoşunlarını Almaniyadan geri çəkməsi, Avropanı, xüsusən də Fransanı daha müstəqil təhlükəsizlik arxitekturası qurmağa sövq edib. Avropa İttifaqı bu məqsədlə Avropa Müdafiə Fondu və “SAFE” (Avropa üçün Təhlükəsizlik Yardımı) proqramı kimi mühüm layihələri işə salıb, həmçinin xüsusi Avropa nüvə çəkindirmə mexanizmi üzərində işləyir. Bununla yanaşı, sammit çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda son 20 ildə böyük sıçrayış edən Türkiyə müdafiə sənayesi şirkətləri ilə on milyardlarla dollar dəyərində yeni müqavilələrin imzalanması gözlənilir.

İstanbul Təşəbbüsü, qlobal tərəfdaşlar və Zelenskinin gəlişi

Sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya gələrək Ərdoğanın rəsmi ziyafətində iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək, lakin rəsmi sessiyada çıxış etməyəcək. Paralel olaraq, NATO-nun Hind-Sakit okean tərəfdaşları (Avstraliya, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya) və Körfəz ölkələrini (Qətər, Bəhreyn, Küveyt, BƏƏ) əhatə edən “İstanbul Əməkdaşlıq Təşəbbüsü” çərçivəsində xarici işlər nazirlərinin mühüm toplantısı keçirilir. ABŞ-İsrail-İran gərginliyi fonunda raket zərbələrinə məruz qalan Körfəz ölkələri NATO-nun 5-ci maddəsinin kollektiv müdafiə çətirinə daxil olmasalar da, bu platforma vasitəsilə Alyansla strateji təhlükəsizlik əlaqələrini koordinasiya edirlər.

Suriya Prezidenti Əhməd əş-Şəraa Ankarada: Tramp ilə kritik görüş

Sammitin ən sensasion xəbəri Suriya Prezidenti Əhməd əş-Şərğin Ankaraya planlaşdırılan rəsmi səfəridir. O, NATO sammitinə deyil, Türkiyənin ikitərəfli dəvəti ilə paytaxta gəlir. Onun Ankarada ABŞ Prezidenti Donald Tramp ilə çərşənbə günü mühüm bir görüş keçirəcəyi təsdiqlənib. Vaxtilə “Cəbhət ən-Nusra” qruplaşmasının lideri olan Əş-Şəraa hazırda Tramp tərəfindən İŞİD və digər ekstremist qruplarla mübarizədə potensial tərəfdaş kimi baxılır. Trampın Suriya ordusunun Livana daxil olaraq “Hizbullah”a qarşı döyüşməsi barədə irəli sürdüyü son iddialı plan isə beynəlxalq mühitdə geniş müzakirə və kəskin tənqidlərə səbəb olub.

Paytaxtda qeyri-rəsmi fövqəladə vəziyyət və akkreditasiya qalmaqalı

Logistik baxımdan Ankara hazırda elan olunmamış fövqəladə vəziyyət şəraitində yaşayır. Şəhərin bütün əsas magistral yolları bir həftəlik bağlanıb, kütləvi tədbirlər və nümayişlər qadağan edilib, dövlət işçilərinə isə inzibati məzuniyyət verilib. Təhlükəsizliyin təmin olunmasına 70 mindən çox polis və jandarma cəlb edilib. Son günlərdə paytaxtda İŞİD terrorçusunun zərərsizləşdirilməsi anti-terror tədbirlərinin miqyasını göstərir.

Bununla belə, Türkiyənin xarici siyasət mövzularını işıqlandıran bir çox müstəqil və müxalif jurnalistinin sammiti izləmək üçün akkreditasiya ala bilməməsi daxili mediada ciddi narazılıq doğurub. Mövzu ilə bağlı tənqidlərə cavab verən NATO sözçüsü bəyan edib ki, Alyans yerli jurnalistlərin təhlükəsizlik və uyğunluq qiymətləndirilməsində tamamilə ev sahibi ölkənin qərarlarına əsaslanır və bununla da məsuliyyəti birbaşa rəsmi Ankara rəhbərliyinin üzərinə qoyub.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

MüəlliflərRedaktorun seçimiRufiz Hafizoglu

İsrail jandarma rolunu itirir,onun yerini kim tutacaq-Rufiz Hafizoğlu

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSuriyaTəhlilYaxın Şərq

Fransa Suriyanın yenidən qurulmasında necə iştirak etmək istəyir

Müəllif:
ArabAZ News
LivanTəhlil

Aun və Hizbullah arasında “müzakirə” savaşı

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə 2026: Süni intellekt və kosmosda yeni güc mərkəzi

Müəllif:
ArabAZ News
ArabAZ-Ən yaxın şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.