Cümə axşamı, 9 İyl 2026
ArabAZ-عرب أذربيجان
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-عرب أذربيجانArabAZ-عرب أذربيجان
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Tramp rəsmən Konqresə bildirdi: Suriya terror siyahısından çıxarılır

Tramp rəsmən Konqresə bildirdi: Suriya terror siyahısından çıxarılır

İyul 8, 2026 6:55 axşam
Paylaş
Paylaş

ABŞ Administrasiyasının yüksək rütbəli rəsmisi bu gün (8 iyul 2026-cı il) məlumat verib ki, Prezident Donald Tramp Suriyanın “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarılması barədə qərarını Konqresə rəsmən bildirib. “Reuters” agentliyinin xəbərinə görə, bu qərarın tam qüvvəyə minməsi üçün Konqres 45 günlük hüquqi nəzərdən keçirmə müddəti icra etməlidir.

Tramp Türkiyədə Suriyanın yeni Prezidenti Əhməd əl-Şəraa ilə görüşündən əvvəl jurnalistlərin suallarına cavab verərkən bu addımı atacağını təsdiqləyib. Vaşinqton ötən aydan etibarən 1979-cu ildən bəri Suriyaya tətbiq edilən bu statusu yenidən nəzərdən keçirirdi. Çünki bu sanksiya növü xarici yardımları, müdafiə ixracatını və beynəlxalq maliyyə əməliyyatlarını bloklayaraq ölkənin bərpasına mane olurdu.

Səudiyyə Ərəbistanından milyardlarla dollarlıq investisiya paketi

Trampın Suriyaya qarşı sanksiya proqramını ləğv edən sərəncamı və məşhur “Sezar qanunu”nu (Caesar Act) qüvvədən salması regional iqtisadiyyatda dərhal canlanma yaradıb. Artıq Səudiyyə Ərəbistanının bir neçə nəhəng şirkəti Suriyanın yenidən qurulması prosesində iştirak etmək üçün milyardlarla dollarlıq investisiya yatırmağı planlaşdırır. Digər Körfəz ölkələri də Dəməşqə irihəcmli maliyyə yardımları edəcəklərini bəyan ediblər.

Tramp Köhnə düşmən Əş-Şəraa ilə nəyi müzakirə edəcək?

Rəsmi Vaşinqton keçmiş prezident Bəşər Əsəd, onun yaxın ətrafı, insan hüquqlarını pozanlar və regionda sabitliyi pozmağa çalışan qüvvələrə qarşı hədəfli sanksiyaların isə qüvvədə qalacağını açıqlayıb.

Donald Tramp 2024-cü ilin sonunda müxalif koalisiyaya rəhbərlik edərək Əsəd rejimini devirən Əş-Şəraanın fəaliyyətini yüksək qiymətləndirib. Əş-Şəraanın 2016-cı ilə qədər “Əl-Qaidə”yə bağlı “Cəbhətül-Nusra” qruplaşmasının lideri olmasına rəğmən, onun sonradan bu terror şəbəkəsi ilə əlaqələrini kəsməsi və İŞİD-ə qarşı amansız mübarizə aparması Ağ Evin rəğbətini qazanıb. Tramp suriyalı yeni lider barədə bu sözləri deyib:

“O, hər kəsin, o cümlədən mənim də böyük hörmətimi qazanıb.”

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərRedaktorun seçimi

Psixoloji risklər hər il 840 min can alır

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Zəvvarlar bu qaydalara riayət etməlidir

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

Müəllif:
ArabAZ News
Suriya

Laziqiyyə limanıdan Avropaya ilk avtomobil tranziti başladı

Müəllif:
ArabAZ News
ArabAZ-عرب أذربيجان
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.