TUNİS,ArabAZ
Bu ilin yanvar-noyabr aylarında Tunisin turizm gəlirləri 2,2 milyard dollar təşkil edib. ArabAZ xəbər verir ki, bunu Tunis Milli Turizm İdarəsinin direktoru Helmi Hüseyn deyib.
Hüseyn Tunisi bu ilin analoji dövründə,Tunisi ziyarət edən turistlərin sayının təxminən 9,9 milyona çatdığına diqqət çəkərək, bu ilin sonuna qədər turist sayının 10 milyonu keçəcəyini qeyd edib.
“İlin sonuna qədər öıkəni ziyartə edən turist sayı 10 milyon nəfəri keçəcək və bu göstərici rekord hesab edilə bilər”-deyə o bildirib.
Nazirin sözlərinə görə, Tunisdə ən çox turist sayı 2019-cu ildə qeydə alınıb ki, bu da təxminən 9,5 milyon turis olub.
Qeyd edək ki, turizm sektoru Tunis iqtisadiyyatının mühüm sektorlarından biridir, çünki ümumi daxili məhsulun 9 faizini təşkil edir. Bu sektorda 400 minə yaxın işçi çalışır.