BAKI, Arab.AZ
Türkiyə İsrailin atəşkəs razılaşmasını pozaraq Livana həyata keçirdiyi hava hücumlarını pisləyib.
Arab.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“İsrailin beynəlxalq hüquqa hörmət etmədiyini və regionun təhlükəsizlik və sabitliyinə təhdid olmağa davam etdiyini bir daha göstərmişdir”,- deyə bəyanatda qeyd olunub.
Ölkənin şimalına raketlər atıldığını iddia edərək, İsrail ordusu Livanın cənubunu bir sıra hava hücumları ilə hədəf almışdı və 4 ay sonra ilk dəfə dünən paytaxt Beyrutu da hədəf almışdı.
İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bu hücum, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman olmuşdu.