Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani çərşənbə axşamı günü Lusayl sarayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və onu müşayiət edən nümayəndə heyətini rəsmən qəbul edib.
ArabAZ xəbər verir ki, Türkiyə dövlət başçısı mərhum Əmir Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə bağlı Şeyx Təmimə rəsmi şəkildə başsağlığı verib.
Qəbulda həmçinin Əmirin müavini Şeyx Abdulla bin Həməd Əl Tani, Əmirin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Əl Tani, Şeyx Abdulla bin Xəlifə Əl Tani, Şeyx Məhəmməd bin Xəlifə Əl Tani, Şeyx Casim bin Xəlifə Əl Tani, Baş nazir və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani, Şura Məclisinin sədri Həsən bin Abdulla Əl Qanim, habelə mərhum Əmirin digər oğulları və şeyxlər iştirak ediblər.

