Cümə axşamı, 2 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər

Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər

İyun 30, 2026 3:58 səhər
Paylaş
Paylaş

Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) ilə Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında özəl sektor səviyyəsində ticarət və iqtisadi əlaqələri gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

ArabAZ xəbər verir ki, sənəd iki ölkə arasında təsisati əməkdaşlığın çərçivəsini müəyyən edir və Türkiyə ilə Səudiyyə Ərəbistanının biznes dairələri arasındakı əlaqələri daha sistemli və dayanıqlı müstəviyə qaldırmağı hədəfləyir. Memoranduma əsasən, tərəflər palataların akkreditasiya sistemləri sahəsində təcrübə mübadiləsi aparacaq, sahəvi komitələrin əməkdaşlığını dərinləşdirəcək, birgə platformalar və beyin mərkəzləri arasında əlaqələr quracaqlar.

Sənəddə həmçinin Birgə Türkiyə-Səudiyyə Ərəbistanı Palataları Forumunun yaradılması və onun fəaliyyətinə dəstək verilməsi nəzərdə tutulub. İslam Ticarət və İnkişaf Palatasının iclasları çərçivəsində, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə təşkil olunan rəsmi ziyafətdə imzalanan bu sənədə TOBB sədri Rifat Hisarcıklıoğlu və İslam Ticarət və İnkişaf Palatasının rəhbəri, həmçinin Səudiyyə Ərəbistanı Palataları Federasiyasının sədri Abdullah Saleh Kamel imza atıblar.

Mərasimdə çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qlobal iqtisadiyyatın geosiyasi gərginliklər, proteksionizm meyilləri, tədarük zəncirlərinin transformasiyası və sürətli rəqəmsallaşma kimi çoxşaxəli çağırışlarla üz-üzə qaldığını qeyd edib.

O, qlobal maliyyəyə çıxışın çətinləşdiyi və yaşıl keçid dövrünün yaşandığı indiki şəraitdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında ticarətin artırılmasının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bildirilib ki, İƏT-ə üzv 57 ölkə dünya əhalisinin təxminən beşdə birini təşkil etsə də, qlobal əmtəə ticarətində onların payı cəmi 10-11 faiz civarındadır. Cevdet Yılmaz fərdi səylərin kifayət etmədiyini və İslam dünyasının qlobal iqtisadiyyatdakı payını artırmaq üçün birgə investisiya, logistika və inteqrasiya layihələrinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Ölkəsinin yeni Beynəlxalq Doğrudan İnvestisiya Strategiyasını hazırladığını deyən vitse-prezident, istehsalat, sənaye və kənd təsərrüfatı sektorlarında korporativ gəlir vergisinin 12,5 faizə endirildiyini, bürokratiyanın azaldılması üçün İstanbul Maliyyə Mərkəzində tətbiq edilən “vahid pəncərə” sisteminin bütün ölkəyə yayılacağını və xüsusilə İslam maliyyə alətlərinin inkişafı üçün yeni təşviqlərin elan olunduğunu bildirib.

TOBB sədri Rifat Hisarcıklıoğlu isə öz növbəsində Türkiyənin İtaliya ilə Çin arasındakı nəhəng regionda ən böyük sənaye istehsalı bazası olduğunu və dünyaya ildə 275 milyard dollarlıq sənaye məhsulu ixrac etdiyini vurğulayıb. Xidmət sektoru da daxil edilməklə bu rəqəmin 400 milyard dollara çatdığını deyən sədr, ixracatın 60 faizinin ABŞ və Avropa İttifaqı bazarlarına yönəlməsinin türk məhsullarının keyfiyyət və qiymət rəqabətliliyinin göstəricisi olduğunu qeyd edib. Məlumata görə, son iyirmi ildə Türkiyə 290 milyard dollardan çox qlobal investisiya cəlb edib və ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmi ötən il (2025) 12 faiz artaraq 13 milyard dollara çatıb. Rifat Hisarcıklıoğlu İslam ölkələrinin maliyyə resursları ilə Türkiyə özəl sektorunun istehsal təcrübəsini birləşdirməyə çağırıb və bu inteqrasiyanın İslam dünyasını qlobal iqtisadi gücə çevirə biləcəyini, bu yolda ən mühüm mexanizmin isə İslam Ticarət və İnkişaf Palatası olduğunu bəyan edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyənin Azərbaycan ilə ticarət həcmi açıqlanıb

Müəllif:
ArabAZ News
Türkiyə

Formula 1 – İstanbul yenidən sürət səhnəsinə çıxır

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Səudiyyədə neft ixracı artdı, idxal azaldı

Müəllif:
ArabAZ News
QətərTürkiyə

Fidan Qətər əmiri ilə müzakirə aparıb

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.