BAKI,ArabAZ
2016-cı ildə Ankarada baş vermiş uğursuz çevriliş cəhdi və müxtəlif xarici siyasi və iqtisadi amillər bu sahədə irəliləyişlərə ciddi təsir göstərib. Mən 2014-cü ildə prezidentlikdən getdiyim zaman biz artıq əhəmiyyətli irəliləyiş əldə etmişdik, lakin o vaxtdan bəri müxtəlif amillərə görə tənəzzül var və şübhəsiz ki, bu uğursuzluqları effektiv şəkildə aradan qaldırmaq üçün düzgün və rasional siyasətə qayıtmaq lazımdır. ArabAZ xəbər verir ki, Türkiyənin sabiq Prezidenti Abdullah Gül , Londonda yayınlanan Al-Majalla qəzetinə müsahibəsində deyib.
Türkiyədəki, suriyalı qaçqınlar məsləsinə toxunan Gül qeyd edib ki, Almaniyanın otuz ildə qəbul etdiyi qədər qaçqını Türkiyə iki ildə qəbul edib. “Türkiyə ən çox qaçqın qəbul edən ölkələrdən biri oldu və bu, təbii ki, ümumilikdə sosial quruluşa təsir etdi. Son bir neçə ildə Türkiyədə beşdən çox yerli, prezident və parlament seçkiləri keçirilib və heç bir siyasi partiya qaçqın problemindən sui-istifadə etməyib. “Suriyalı qaçqın problemi”, son seçkilərdə müəyyən qədər ortaya çıxdı, amma türk xalqı bu məsələdə ümumən insanlıq nümayiş etdirdi.”-deyə Gül qeyd edib.
Gül onu da qeyd edib ki, heç bir ölkədə qaçqınlar öz vətənlərində olduqlarını hiss etmirlər, təbii ki, vətənləri, evlərini heç nə əvəz edə bilməz.
“Mən prezident Ərdoğanın prezident Əsədlə görüş təklifini alqışlayıram, amma hər şeydən önəmlisi regionda və sözügedən ölkədə sülhün hökm sürməsidir. Əgər bu ölkədə sülh hökm sürərsə, ictimai harmoniya hökm sürərsə, təbii ki, köçkünlərin çoxu öz ölkələrinə könüllü olaraq qayıtmaq istəyəcəklər” -deyə o bildirib.