Beyrut,ArabAZ
Hizbullahda yüksək səviyyəli liderlərin öldürülməsi qruplaşmanı diz çökdürməyəcək,ArabAZ xəbər verir ki, bunu İran lideri Əli Xamenei çərşənbə günü televiziyada yayımlanan çıxışında deyib.
Qeyd edək ki, Xameniyi bunu İsrail və Hizbullah arasında sərhədyanı hücumların Yaxın Şərqdə genişmiqyaslı müharibə qorxusunu artırdığı bir vaxtda deyib.
İranla müttəfiq olan Hizbullah qruplaşması son bir neçə gündə İsrailə yüzlərlə raket və mərmi atıb. Hizbullah bunu İsrailin aqressiyasına qarşı etdiyini bəyan edib.
İsrail ordusu bu həftə müharibədə ən ağır hava zərbələrini həyata keçirərək, Hizbullah liderlərini hədəfə alıb və Livanda yüzlərlə hədəfi vurub, 500-dən çox adamı öldürüb, 1800-dən çox insanı yaralayıb.
Hizbullahın hərbi komandiri İbrahim Qubaisi dünən, çərşənbə axşamı İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.