Cümə axşamı, 9 İyl 2026
ArabAZ-عرب أذربيجان
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-عرب أذربيجانArabAZ-عرب أذربيجان
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Xameneyinin dəfn mərasimi qisas nümayişinə çevrildi

Xameneyinin dəfn mərasimi qisas nümayişinə çevrildi

İyul 9, 2026 3:13 axşam
Paylaş
Paylaş

İranın keçmiş ali lideri Əli Xameneyinin dəfn və vida mərasimləri başladıqdan bəri Tehranda dörd aydır davam edən ab-hava tamamilə dəyişib. Küçələrdə qara rənglə qırmızı rəng bir-birinə qarışıb. Mərasim iştirakçıları üzərində “Xameneyinin qisası” yazılmış qırmızı bayraqlar daşıyırlar. Onlar ölkənin ən ali dini və siyasi rəhbərini qətlə yetirdiklərinə görə ABŞ və İsraildən qisas alınmasını tələb edirlər.

Müşayiətçilər “Rəhbərin qisası ümmətin boynunun borcudur” və “İntiqam” şüarları qaldırırlar. ArabAZ xəbər verir ki, “Əl-Cəzirə ” əməkdaşları Tehrandakı izdihamda iştirak edən yerli sakinlərin fikirlərini öyrənib.

60 yaşlı Siyamək adlı şəxs hisslərini belə bölüşüb:

“Xameneyinin qanını yerdə qoymamaq sadəcə bir şüar deyil. Bu, Donald Tramp və Benjamin Netanyahu tərəfindən iranlıların təhqir olunmasına qarşı daxili bir üsyandır. Biz adekvat cavab verməsək, bizi zəif hesab edəcəklər. Dünya bilməlidir ki, İran liderlərinə sui-qəsd etməyin bədəli çox ağırdır.”

“Qisas almasaq, bu qətllər adət halını alacaq”

Alnına qırmızı lent bağlamış Sara adlı gənc qadın da repressiyaya və hücumlara etiraz edir:

“ABŞ və sionist oxu liderlərimizi bir-bir qətlə yetirir, sonra da buna dəqiq zərbə deyib öyünürlər. Əgər bu dəfə intiqam almasaq, Qəzza, Livan və Suriyada olduğu kimi, bizim də qətlə yetirilməyimiz adət halını alacaq.”

Onun yanında dayanan və göz yaşlarını saxlaya bilməyən digər bir qadın isə yeni Ali Lider Müctəba Xameneyiyə mesaj ötürüb:

“Xalq yeni rəhbəri sadəcə hakim kimi deyil, qisasçı kimi görmək istəyir. Atasının qisasını ala bilməyən şəxs onun yerinə keçməyə layiq deyil.”

Tarixi və dini mifik köklər: Şahnamə və Muxtar Səqəfi irsi

İrandakı bu qisas israrının elmi və tarixi köklərini şərh edən iranlı tarixçi dr. Məryəm Kaşifniya bildirir ki, bu kütləvi reaksiya həm qədim fars (Şahnamə), həm də şiə mədəniyyət mirasının oyanışıdır. Qırmızı bayraqlar və qisas şüarları birbaşa İmam Hüseynin qanını almaq üçün Kufədə üsyan qaldırmış Muxtar Səqəfinin “Ya lə-sarati-Hüseyn” hərəkatına istinaddır.

Ədəbi tərəfdən isə Firdovsinin “Şahnamə” dastanı nümunə gətirilir. Dastandakı Keyxosrov personajı sadəcə atası Siyavuşun qisasını alan bir qəhrəman deyil, həm də ədalətli dövrün qurucusudur. Bu gün cəmiyyət eyni missiyanı Müctəba Xameneyidən gözləyir.

Keçmiş prezident Mahmud Əhmədinəjadın müşaviri olmuş siyasi fəal Əbdürrza Davəri isə yeni lider Müctəba Xameneyini yaxından tanıdığını və onun qisas layihəsinin fərdi olmadığını qeyd edib:

“O, sadəcə bu və ya digər qatili aradan götürməyi düşünmür. Onun məqsədi yeni bir Tramp və ya Netanyahu yetişdirən qlobal beynəlxalq sistemi iflic etməkdir. Klounu öldürməklə, onun çıxış etdiyi teatrı bağlamaq arasında böyük fərq var.”

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İranRedaktorun seçimi

Tramp elan etdi – İran böyük Şeytanın əlini öpdü

Müəllif:
ArabAZ News
BƏƏİran

Əbu-Dabi və Londondan İrana kəskin bəyanat

Müəllif:
mail.azerpress@gmail.com
İran

İranda ərəblərə qarsı repressiyalar davam edir

Müəllif:
ArabAZ News
İranLivanRedaktorun seçimiTəhlilYaxın Şərq

Livan cəbhəsindəki İran izinin şok detalları

Müəllif:
ArabAZ News
ArabAZ-عرب أذربيجان
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.