QÜDS,ArabAZ
Terhan və Dəməşq Suriyadakı iranlı müşavirlərin roluna birbaşa toxunmadan “terrorizmlə mübarizə” üçün birgə səyləri gücləndirməyə söz veriblər.ArabAZ xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi Tehranda Suriyanın yeni xarici işlər naziri Bassam Sabbaq ilə görüşüb. Bu, Sabbaqın sentyabrda vəzifəyə gəldikdən sonra Tehrana ilk səfəri oldu.
Birgə mətbuat konfransında Əraqçi İranın Suriya və onun regional müttəfiqlərinə dəstəyini bir daha elan edib. “İran həmişə Suriyanın və Müqavimət Oxunun yanında olacaq”, – deyə o bildirib.
Sabbaq danışıqları “pozitiv və konstruktiv” adlandıraraq, iki ölkə arasında daha sıx əməkdaşlığı vurğulayıb. O, “İsrail təcavüzünü” pisləyib və bu cür hərəkətlərin dərhal dayandırılmasının və ehtiyacı olanlara humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.
İran mediasının məlumatına görə, Sabbaq həmçinin Suriyanın İsrailin Colan təpələrini işğalına son qoymağa çağırışını təkrarlayıb və terrorizm və onun mənbələri ilə mübarizədə İranla işləməyin vacibliyini vurğulayıb.
Sabbaqın Tehrana səfəri İranın Ali Rəhbərinin baş müşaviri Əli Laricaninin Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşündən bir neçə gün sonraya təsadüf edir.
İranın “Cavan” qəzeti yazıb ki, Laricani “Müqavimət Oxun”a mesaj verib və Livanda əməliyyatların davam etdirildiyini vurğulayıb və Hizbullah və İsrail arasında təklif olunan atəşkəsə də münasibət bildirib.
Danışıqlar həmçinin Suriyaya dəstək və Hizbullahın ABŞ-ın BMT-nin “Litani Plus” planı kimi tanınan 1701 saylı qətnaməsinə dəyişikliklərini rədd etməsini əhatə edib.