SƏNA,ArabAZ
Yəmənin Sayun şəhərində hərbi düşərgəyə edilən hücum nəticəsində iki səudiyyəli zabit ölün biri isə yaralanıb. ArabAZ xəbər verir ki, bunu Yəməndə Legitimliyə Dəstək Koalisiyasının sözçüsü şənbə günü briqada generalı Turki Əl-Maliki bildiirb. O qeyd edib ki, hücum cümə günü axşam düşərgədə idman məşqi zamanı baş verib.
Düşərgə koalisiya qüvvələrinin dəstəklənməsi, kadrların hazırlanması, terrorizm və qaçaqmalçılıqla mübarizə, Yəməndə humanitar və inkişaf təşəbbüslərinə köməklik göstərməkdə mühüm rol oynayır.
Həlak olan hərbçilərin və yaralanan zabitlərin cəsədləri Yəməndən təxliyə edildikdən sonra Krallığa aparılıb.
Əl-Maliki koalisiya rəhbərliyi adından həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralanan əsgərin tezliklə sağalmasını arzulayıb.