Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Rəşid Taha: Rok, pank və rai musiqisinin üsyankar siması

Aprel 30, 2026 4:12 axşam
Paylaş
Paylaş

Rəşid Taha (18 sentyabr 1958 – 12 sentyabr 2018) — Fransada məskunlaşmış, musiqidəki cəsarətli eksperimentləri və aktivist fəaliyyəti ilə tanınan əlcəzairli sənətçidir. Onun yaradıcılığı rok, elektronika, pank və rai kimi fərqli üslubların sintezindən formalaşmışdır.

Taha 18 sentyabr 1958-ci ildə Əlcəzairin Maskara vilayətinin Siq şəhərində anadan olub (digər mənbələrdə doğum yeri kimi Oran şəhəri göstərilir). Oran şəhəri “rai” musiqisinin beşiyi hesab olunur. Tahanın doğulduğu il həm də Əlcəzairin Fransa müstəmləkəçiliyinə qarşı müstəqillik mübarizəsinin ən qızğın dövrünə təsadüf edir. O, 1960-cı illərdə Əlcəzairin “şaabi” adlanan küçə üslublu musiqilərini və Məğrib bölgəsinin zəngin melodiyalarını dinləyərək böyümüşdür.

1968-ci ildə, 10 yaşında olarkən valideynləri ilə birlikdə Fransanın Lion şəhəri yaxınlığındakı mühacir məhəlləsinə köçüb. Atası toxuculuq fabrikində ağır şərtlərlə və az maaşla çalışan bir fəhlə idi. 17 yaşında Taha gündüzlər isitmə zavodunda ağır işlərdə çalışsa da, gecələr klublarda DJ-lik edir, ərəb musiqisindən repə, salsa və fanka qədər geniş repertuarla çıxış edirdi.

1970-ci illərin sonunda o, “The Rejects” (və ya “Les Refoulés”) adlı gecə klubunu açaraq, burada Led Zeppelin və Kraftwerk kimi qrupların ritmləri ilə ərəb pop klassiklərini miks etməyə başladı.

Rai musiqisinin kökləri

Taha əlcəzairli gənclərin öz qəzəb və arzularını ifadə etmək üçün istifadə etdikləri rai musiqisinin rok ilə sıx bağlı olduğunu düşünürdü. O, Mərakeşin “Nass El Ghiwane” qrupunun yaradıcılığından dərindən təsirlənmişdi.

Carte de Séjour qrupu

1981-ci ildə Lionda Məhəmməd və Muxtar Amini ilə tanış olan Taha, tezliklə “Carte de Séjour” (Yaşayış icazəsi) adlı rok qrupunu qurdu. Qrupun adı Fransadakı mühacirlərin statusuna işarə edirdi. Taha məşhur “The Clash” qrupundan ilham alırdı. 1981-ci ildə Parisdə bu qrupun üzvləri ilə qarşılaşan Taha onlara öz demo kasetini təqdim etmişdi. Təsadüfi deyil ki, bir neçə ay sonra “The Clash“ın məşhur “Rock the Casbah” hiti işıq üzü gördü. Taha zarafatla deyirdi ki, bəlkə də onlar həqiqətən mənim musiqimi dinləmişdilər.

Müvəffəqiyyətinə baxmayaraq, o illər çətin keçirdi; mağazalar “ərəblərin dükana doluşmasını istəmədikləri üçün” onların albomlarını satmaqdan imtina edirdilər. Taha 1940-cı illərin məşhur vətənpərvər fransız mahnısı “Douce France“ı (Şirin Fransa) kəskin bir kinayə ilə oxuyaraq mühacirlərə qarşı münasibətə etiraz etdi. Bu səbəbdən mahnı Fransa radiolarında qadağan olunsa da, ona böyük populyarlıq qazandırdı.

Solo karyera və dünya şöhrəti

1989-cu ildə solo karyera üçün Parisə köçən Taha, Stiv Hillic (Steve Hillage) ilə işbirliyinə başladı. 1990-cı illərdə çıxardığı albomlarda Şimali Afrika kökləri ilə müasir klub musiqisini birləşdirdi. 1997-ci ildə “Ya Rayah” mahnısı ilə dünya hit-paradlarını fəth etdi.

2001-ci ildə “Made in Medina” albomunu Yeni Orlean, London və Parisdə yazdırdı. O, Yeni Orlean ilə Əlcəzair arasında oxşarlıqlar görürdü. Musiqisindəki siyasi motivlər və demokratik dəyişiklik tələbləri onu dünya miqyasında “üsyankar sənətçi” kimi tanıtdı. 2004-cü ildə “Tékitoi” (Sən kimsən?) albomu ilə böyük uğur qazandı və “The Clash”ın “Rock the Casbah” mahnısını ərəbcə “Rock El Casbah” kimi ifa etdi.

Taha karyerası boyu Karlos Santana, Robert Plant, Patti Smit və Brayan Eno kimi dünya ulduzları ilə eyni səhnəni paylaşıb. Onun mahnıları “Black Hawk Down” kimi məşhur Hollivud filmlərində və “Far Cry 2” kimi kompüter oyunlarında səslənib.

Şəxsi həyatı və vəfatı

Rəşid Taha səmimi, gülərüz və macəraçı ruhlu bir insan kimi tanınırdı. O, mühacir məhəllələrinə qapanmağın əleyhinə idi və fərqli mədəniyyətlərin qovuşmasını müdafiə edirdi. 1987-ci ildə ona “Arnold-Kiari malformasiyası” diaqnozu qoyulmuşdu. Səhnədə müvazinətini itirdiyi üçün bəzən onu sərxoş hesab edirdilər, lakin o, bunun xəstəliyin simptomları olduğunu açıqlamışdı.

Rəşid Taha 12 sentyabr 2018-ci ildə, 60 illik yubileyinə cəmi 6 gün qalmış yuxuda ürək tutmasından vəfat etdi. Onun ölümündən sonra, 2019-cu ildə “Je suis Africain” (Mən afrikalıyam) adlı son albomu işıq üzü gördü.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+

Səudiyyəli qadınlar meydançaya addım atır

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Hədid Prada və Orebella məhsullarını tanıtdı

Müəllif:
ArabAZ News
Kim-kimdir

Asala Nəsri – Ərəb musiqisinin güclü səsi

Müəllif:
ArabAZ News
Kim-kimdir

Əbdulqadir Cəzairi kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.