Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

UNİCEF səfiri və ana: Nansi Ajramın uğur yolu

May 2, 2026 10:19 səhər
Paylaş
Paylaş

Nansi Ajram 16 may 1983-cü ildə Beyrutun Əşrəfiyyə məhəlləsində pravoslav xristian ailəsində anadan olub. Nabil Ajram və Raymonda Aun-un böyük övladıdır. Nadin adlı bacısı və Kiçik Nabil adlı qardaşı var. Səkkiz yaşında nənəsi ilə oxumağa başlayıb, sonra yerli TV kanallarında uşaq müsabiqələrində iştirak edib. 1995-ci ildə 12 yaşında “Noujoum Al-Moustakbal” (Gələcəyin Ulduzları) istedad yarışmasında Ümmu Gülsümün mahnısını ifa edərək qızıl medal qazanıb.

Nansi Nabil Ajram Livanlı müğənni və televiziya simasıdır. “Spotify” tərəfindən rəsmən “Ərəb popunun kraliçası” adlandırılıb. ArabAZ xəbər verir ki, atasının dəstəyi ilə uşaq yaşlarından çıxış etməyə başlayıb və erkən illərində bir neçə televiziya şousunda görünüb. 15 yaşında Ajram EMI ilə müqavilə imzalayıb və “Mihtagalak” (1998) adlı debüt studiya albomunu buraxıb. Yetkinlik yaşına çatmamasına baxmayaraq, o, Livanın Peşəkar Sənətçilər Birliyinə üzv qəbul edilib. Növbəti il ikinci albomu “Sheel Oyoonak Anni” ( Gözlərini mənədn çək)  (2001) işıq üzü görüb.

Karyerasında dönüş nöqtəsi və pop ikonaya çevrilmə

Onun əsl yüksəlişi tanınmış Livanlı prodüser Cici Lamara (Jiji Lamara) ilə əməkdaşlığı sayəsində baş verib. Misirli bəstəkar Məhəmməd Saadın müəllifi olduğu “Akhasmak Ah” sinqlı və 2003-cü ildə işıq üzü görən “Ya Salam” albomu ilə o, musiqisini yenidən quraraq daha cəlbedici bir imic mənimsəyib. Ajramın dördüncü albomu “Ah W Noss” (2004) böyük uğur qazanıb; “Ah W Noss“, “Lawn Ouyounak“, “Oul Tani Keda” və “Inta Eyh” kimi hitlərlə o, Yaxın Şərqdə pop ikona statusunu möhkəmləndirib.

2007-ci ildə Ajram uşaqlar üçün “Shakhbat Shakhabit” albomunu buraxıb ki, bu da həmin dövrün ən uğurlu uşaq layihəsi hesab olunur. 2008-ci ildə “Betfakkar Fi Eih” albomu ilə o, karyerasında ilk “Dünya Musiqi Mükafatı”nı (World Music Award – WMA) qazanıb və bu mükafatı alan ən gənc ərəb sənətçisi olub.

Nailiyyətlər və nüfuz

2007-ci ilədək dünya üzrə 30 milyondan çox valı satılan Ajram, Yaxın Şərqin ən çox satılan musiqiçilərindən biridir. 2010-cu ildə o, onilliyin (2000–2009) ən çox satılan qadın müğənnisi elan edilib. Karyerası ərzində 12 studiya albomu buraxıb. Ajram ərəb dünyasında “Coca-Cola“nın ilk və yeganə qadın simasıdır. O, dəfələrlə “Arabian Business” tərəfindən “Ən güclü ərəblər” siyahısına daxil edilib və “Newsweek” tərəfindən ən nüfuzlu müğənnilərdən biri kimi göstərilib.

Ajram 2005-ci ildə Livanlı stomatoloq Fadi Əl-Haşem ilə tanış olub və 2008-ci il sentyabrın 1-də Kiprdə evləniblər. Onların üç qızı var: Mila (2009), Ella (2011) və Lya (2019). Hər bir qızının doğulması münasibətilə o, xüsusi mahnılar buraxıb. Ajram sosial mediada ən çox izlənilən ərəb məşhurlarından biridir.

Xeyriyyəçilik və humanitar işlər

Ajram çoxsaylı xeyriyyə tədbirlərinin iştirakçısıdır. 2009-cu ildə UNİCEF tərəfindən Yaxın Şərq və Şimali Afrika üzrə ilk qadın regional səfir seçilib. O, uşaq hüquqları, sülh və qadınların təhsili mövzularında müxtəlif layihələrdə iştirak edib.

Villa hadisəsi (2020)

5 yanvar 2020-ci il tarixdə Məhəmməd Həsən Musa adlı silahlı şəxs Ajramın villasına daxil olub. Həmin şəxs sənətçinin həyat yoldaşı Fadi Əl-Haşem tərəfindən atəş açılaraq öldürülüb. Fadi Əl-Haşem bunun uşaqlarını qorumaq üçün özünümüdafiə məqsədilə edildiyini bildirib. Məhkəmə araşdırmalarından sonra 2023-cü ilin oktyabrında Kasasiya Məhkəməsi Fadinin üzərindən bütün ittihamları götürərək onu bəraət qazandırıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Kim-kimdir

İsrail-Livan danışıqlarında baş müzakirəçisi-Simon Karam

Müəllif:
mail.azerpress@gmail.com
Kim-kimdir

NATO-nun ilk ərəb əsilli sözçüsü- Fərəh Daxalla

Müəllif:
ArabAZ News
FələstinKim-kimdir

Fələstin diplomatiyasının sərt siması-Haniyə kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
Kim-kimdir

Tadamun qəssabı – Əmcəd Yusif kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.