Çərşənbə, 22 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Kim-kimdir » Təhsildə və səhiyyədə inqilabi addımlar – Şeyxa Moza kimdir?

Təhsildə və səhiyyədə inqilabi addımlar – Şeyxa Moza kimdir?

İyul 22, 2026 9:30 səhər
Paylaş
Paylaş

Şeyxa Moza bint Nasir uzun illərdir ki, istər Qətərdə, istərsə də beynəlxalq aləmdə təhsil, səhiyyə, mədəniyyət və gənclərin inkişafı sahələrində çığır açan təşəbbüslərə rəhbərlik edir. Qətərin keçmiş Əmiri, Ata Əmir Şeyx Həməd bin Xəlifə Əl Taninin həyat yoldaşı olan Şeyxa Moza ölkəyə uğurla rəhbərlik etdiyi dövrdə həyat yoldaşı ilə sıx əməkdaşlıq edib. O, mədəniyyət və irs təməlinə söykənən tərəqqiyə və innovasiyalara inanır.

Təhsilə və sosial inkişafa böyük həvəslə yanaşan Əlahəzrət 1995-ci ildə Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondunun (Qatar Foundation – QF) həmtəsisçisi olub. Fondun flaqman layihəsi olan “Education City” (Təhsil Şəhərciyi) özündə tanınmış beynəlxalq universitetlərin və müəssisələrin filiallarını birləşdirir, həmçinin çoxlu sayda elmi tədqiqat, iqtisadi və sosial inkişaf layihələrini həyata keçirir.

O, Yaxın Şərq və Şimali Afrikada gənclərin işsizliyi problemi ilə mübarizə aparmaq üçün 2008-ci ildə “Silatech” təşkilatını, 2012-ci ildə isə “Education Above All” (EAA) fondunu təsis edib. Bu fondun məqsədi kənarlaşdırılmış və əlçatmaz uşaqlara keyfiyyətli təhsil çatdırmaq, xüsusilə yoxsulluq, münaqişə və fəlakətlərdən əziyyət çəkən bölgələrə diqqət yetirərək qlobal hərəkat yaratmaqdır.

BMT ilə uzun illər sıx əməkdaşlıq edən Əlahəzrət 9 sentyabr gününün “BMT Təhsilin Hücumlardan Müdafiəsi Beynəlxalq Günü” kimi təsis edilməsini təşviq edib və marginallaşmış uşaqlar və gənclər üçün qlobal təhsilin və digər mühüm inkişaf sahələrinin dəstəklənməsi istiqamətində BMT ilə işbirliyini davam etdirir. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) 17 nüfuzlu müdafiəçisindən biridir.

Şeyxa Mozanın iştirakı ilə Qətərdə məzun günü keçirilib

Təhsillə yanaşı, Şeyxa Moza səhiyyəni də ədalətli cəmiyyətin təməl daşı hesab edir. İllər ərzində o, əlillik və ya müəyyən şərait səbəbindən cəmiyyətdən təcrid olunmuş insanların həyatını yaxşılaşdırmaq üçün bir çox layihə və müəssisələr təsis edib. O, Dohada növbəli illərdə keçirilən Dünya Səhiyyə İnnovasiyaları Sammiti (WISH) və Dünya Təhsil İnnovasiyaları Sammitinin (WISE) ideya müəllifidir.

 Şeyxa Moza qadınların və uşaqların müalicəsi üzrə ixtisaslaşmış aparıcı tədqiqat xəstəxanası olan “Sidra Medicine” təşkilatına rəhbərlik edir, xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusilə autizmli fərdlərin hüquqlarını müdafiə edir (o, Ümumdünya Autizm Maarifləndirmə Gününün təsis edilməsində mühüm rol oynayıb) və diabet, eləcə də genetik pozuntular üzrə tədqiqatları dəstəkləyir. O, tədqiqatlar, siyasət, maarifləndirmə və müdafiə vasitəsilə ərəb ailəsini möhkəmləndirmək məqsədi daşıyan Doha Beynəlxalq Ailə İnstitutunu təsis edib.

Ərəb mədəniyyətinin və irsinin həqiqi hamisi olan Şeyxa Moza ərəb dilini və onun bir çox proqramlarında istifadəsini dəstəkləyir. Onun flaqman daşınmaz əmlak layihəsi olan “Msheireb” Dohanın mərkəzində genişmiqyaslı şəhərsalma layihəsində ənənəvi dizaynı və dayanıqlılığı özündə birləşdirir. 2024-cü ilin yanvar ayında o, müsəlman qadınların birgə təhsil alması, ünsiyyət qurması və ibadət etməsi üçün dini, inkişaf və sosial proqramlar təklif edən “Al Mujadilah” Qadın Mərkəzi və Məscidini təsis edib.

Əlahəzrət 2015-ci ildə Həməd bin Xəlifə Universitetində “İslamda dövlət siyasəti” ixtisası üzrə magistr dərəcəsi və Qətər Universitetində sosiologiya üzrə bakalavr dərəcəsi alıb. Onun bir çox mükafatları arasında Corctaun Universitetinin Prezident Medalı, Karnegi Xeyriyyəçilik Medalı, Corc Buş Dövlət Qulluğunda Əlaçılıq Mükafatı və beynəlxalq əlaqələrin yaxşılaşdırılmasına verdiyi töhfələrə görə “Chatham House” Mükafatı var. 2007-ci ildə o, Fransa İnstitutunun Təsviri Sənət Akademiyasına (Academie des Beaux Arts) üzv qəbul edilib.

Şeyxa Mozanın hazırda tutduğu vəzifələr:

Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondunun (Qatar Foundation) sədri.
“Education Above All” Fondunun sədri.
“Al Mujadilah” Qadın Mərkəzi və Məscidinin sədri.
“Sidra Medicine” tibb mərkəzinin sədri.
Qətər Elm və Texnologiya Parkının sədri.
“Msheireb Downtown Doha” layihəsinin ideya müəllifi və banisi.
“Fashion Trust Arabia” təşkilatının fəxri sədri.
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Müdafiəçilər Qrupunun üzvü.

Əvvəlki vəzifələri və rolları:

“Msheireb Properties” şirkətinin sədri (2010–2025)
“Silatech” Qəyyomlar Şurasının sədri
Qətər Sosial İşlər Fondunun təsisçisi (2013–2022)
Ali Təhsil Şurasının sədri (2006–2012)
Ali Səhiyyə Şurasının sədr müavini (2009–2014
Ali Ailə İşləri Şurasının sədri (1998–2009)
YUNESKO-nun İbtidai və Ali Təhsil üzrə Xüsusi Elçisi (2003–2023)
BMT Baş Katibinin “Birinci Təhsil Qlobal Təşəbbüsü” Rəhbər Komitəsinin üzvü (2012–2017)
BMT-nin Sivilizasiyalar Alyansının Səfiri (2005–2012)
Birləşmiş Millətlər Təşkilatının Minilliyin İnkişaf Məqsədləri (MDG) Müdafiəçilər Qrupunun üzvü (2010–2015)

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Kim-kimdir

Səddam Hüseyn kimdir?

Müəllif:
ArabAZ News
Ərəb qadın liderlərKim-kimdir

NATO-nun ilk ərəb əsilli sözçüsü- Fərəh Daxalla kimdir?

Müəllif:
ArabAZ News
Ərəb siyasətçilərFələstinKim-kimdirYaxın Şərq

Fələstinin kölgə lideri- Muhəmməd Dahlan kimdir?

Müəllif:
ArabAZ News
Kim-kimdir

Stereotipləri qıran qadın – Əfaf Əl-Qarni kimdir?

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.