Şərq musiqisi haqqında danışarkən Livandakı “fəxr” simvolu olan Feyruzdan yan keçmək mümkün deyil. Onun ən çox dinlənilən və dünyanın bir çox dillərinə tərcümə edilən əsərlərindən biri olan “El bint el chalabiya”, sadəliyi və səmimiyyəti ilə qəlbləri fəth edir.
ArabAZ xəbər verir ki, mahnıda bir gəncin “şələbi” (yəni zərif, gözəl, mədəni) bir qıza olan təmiz eşqi, həsrəti və o gözəl günlərin xatirəsi tərənnüm olunur. Arab.az oxucuları üçün bu şirin nəğmənin sözlərini və Azərbaycan dilinə tərcüməsini təqdim edirik.
El bint el chalabiya (Gözəl qız)
O gözəl, zərif qızın, Badam kimi gözləri var.
Səni qəlbimdən sevirəm, ey qəlbim,
Sən mənim gözlərimin nurusan.
Körpünün yanındakı o ətirli sevgilim,
Könül qırmaq mənə yaraşmazdı, ey vəfalı dostum.
Könül qırmaq mənə heç vaxt asan olmadı.
Əl edirsən uzaqdan, qəlbim isə yaralıdır,
O günlər yadıma düşür, gəlir və keçir…
O günlər yadıma düşür, gəlir və keçir…
Nar ağacının altında, Sevgilim mənimlə danışdı.
Mənə mahnılar oxudu, ey gözlərim,
Mənə sevgi dolu sözlər dedi.

