Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Əsəd və tərəfdarları mülki hüquqlardan məhrum edildi

May 11, 2026 1:07 axşam
Paylaş
Paylaş

Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi Suriyanın keçmiş Bəşər Əsəd rejiminə qarşı keçirilən açıq məhkəmə prosesinin ikinci iclasına başlayıb. Məhkəmə devrilmiş rejimin ən yüksək rütbəli simalarını mülki hüquqlardan məhrum etmək və onların bütün daşınar və daşınmaz əmlaklarını hökumətin idarəçiliyinə vermək barədə hüquqi qərar çıxarıb.

ArabAZ xəbər verirr ki, qərarla Bəşər Əsəd, Mahir Əsəd, Fəhd əl-Freyc, Məhəmməd Əyyuş, Luay əl-Əli, Qusay Mihub, Vafiq Nasir və Talal əl-Asimi bütün mülki hüquqlarını itiriblər. Bu hökm aprel ayındakı ilk iclasın davamı olaraq qiyabi şəkildə verilib, çünki sözügedən şəxslər məhkəməyə dəvət edilmələrinə baxmayaraq, irəli sürülən ağır ittihamlara cavab vermək üçün ədalət qarşısına çıxmayıblar.

Eyni zamanda, Dəməşq Ədliyyə Sarayında keçmiş rejimin 2025-ci ilin yanvarında Laziqiyədə tutulan ilk yüksək rütbəli rəsmisi Atif Nəcibin mühakiməsi davam edir. Hakim Fəxrəddin əl-Uryan iclasın gedişatında Nəcibə qarşı zaman aşımı olmayan 10-dan çox ağır ittiham irəli sürüb. Bu ittihamlar arasında Dəra şəhərində dinc etirazların yatırılması, məhbuslara və azyaşlılara qarşı dırnaqların qopardılması, elektrik şoku kimi ağır işgəncələrin verilməsi, sistemli ölümlərə yol açan əməllər və Öməri məscidindəki qətliamın birbaşa əmrlərini vermək yer alır.

Hakim qeyd edib ki, Nəcib və hazırda qaçan digər müttəhimlərin əməlləri mülki şəxslərə qarşı genişmiqyaslı hücum xarakteri daşıdığı üçün Cenevrə konvensiyalarına və beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayətləri kimi tövsif edilib. Məhkəmədə Dəra şəhərindən olan 80-ə yaxın zərərçəkmiş, o cümldən təhlükəsizlik səbəbindən şəxsiyyəti gizli saxlanılan şahidlər iddialarını təqdim ediblər. İclasda qurbanların ailələri ilə yanaşı, “Milli Keçid Ədaləti Heyəti”nin üzvləri və beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndələri də iştirak ediblər. Xatırladaq ki, Əsəd rejimi simalarının mühakimə olunduğu ilk tarixi iclas bu il aprelin 26-da keçirilmişdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

MisirRedaktorun seçimiŞimali Afrika

Misir “Yeni Delta” layihəsinə start verdi

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Neftdən kənarda böyümə: Səudiyyə iqtisadiyyatının yeni siması

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiTəhlil

Azərbaycanın Yaxın Şərq siyasəti olduqca həssasdır

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.