İki Müqəddəs Ocağın Xadimi və Əlahəzrət Vəliəhdin adından, Səudiyyə Ərəbistanı Krallığının Bələdiyyə və Mənzil naziri 17-22 may 2026-cı il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edəcək nümayəndə heyətinə rəhbərlik edir.
Bu haqda ArabAZ Səudiyyə Ərəbistanı Krallığı mətbuatına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, “Qlobal mənzil təsərrüfatı: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” mövzusu altında keçiriləcək bu mühüm beynəlxalq tədbirdə Krallığın yüksək səviyyəli təmsilçiliyi Səudiyyə Ərəbistanının şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki qlobal öhdəliklərini bir daha nümayiş etdirir.
Krallıq Bakı platformasında müasir şəhərlərin qurulması, təhlükəsiz yaşayış məskənlərinin formalaşdırılması və bu istiqamətdəki milli təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.

