Çərşənbə, 22 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Şimali Afrika » Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

İyul 22, 2026 11:42 səhər
Paylaş
Paylaş

Misir Ərəb Respublikasında fəaliyyət göstərən Əfqanıstan Tələbələr Birliyi Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misir Ərəb Respublikasında Azərbaycan icmasının sədri, Qahirə Universitetinin müəllimi, doktor Seymur Nəsirovu tələbələrə göstərdiyi uzunmüddətli dəstəyə və xeyriyyəçilik fəaliyyətinə görə təltif edib.

ArabAZ xəbər verir ki, təltif mərasimi doktor Seymur Nəsirovun Əl-Əzhər Universitetində təhsil alan tələbələrə, eləcə də müxtəlif ölkələrdən olan elm tələbələrinə 25 ildən artıq müddətdə göstərdiyi elmi, mədəni və sosial xidmətlərə minnətdarlıq əlaməti olaraq keçirilib.

Mərasimdə çıxış edən Əfqanıstan Tələbələr Birliyinin sədri Bərəkətullah Şirzad bildirib ki, doktor Seymur Nəsirov tələbələrin hər zaman yanında olub, onların elmi və mədəni inkişafına davamlı dəstək göstərib. Onun sözlərinə görə, Seymur Nəsirovun təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar tələbələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verir.

Azərbaycanlı alim Seymur Nəsirov Misirdə təltif edilib

  • Ərəbləri ən çox tanıdığı Azərbaycan idmançısı – Zabit Səmədov
  • Süni intellektlə çəkilən Səudiyyə filmi – Şama təqdim olunub
  • Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub
  • Vaşinqton və ər-Riyad arasında nüvə sazişi imzalanıb
  • Yaxın Şərqdə azərbaycanlılar: Şişirdilmiş rəqəmlər və gerçəklər

Bərəkətullah Şirzad vurğulayıb ki, doktor Seymur Nəsirov elmə və tələbələrə fədakar xidmətin nümunəsidir və onun fəaliyyəti müxtəlif millətlərdən olan minlərlə tələbənin həyatında dərin iz buraxıb.

Tədbirin sonunda Əfqanıstan Tələbələr Birliyinin nümayəndələri doktor Seymur Nəsirova göstərdiyi fədakar xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Doktor Seymur Nəsirov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək bildirib ki, hər bir mükafat yeni məsuliyyət yaradır. O qeyd edib ki, bu təltif yalnız onun deyil, tələbələrin inkişafı naminə çalışan bütün insanların əməyinə verilən dəyərin göstəricisidir.

Hazırda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həyata keçirdiyi təhsil proqramlarından 61 ölkədən 670-dən çox tələbə faydalanır. Onların təxminən yarısını misirli tələbələr təşkil edir. Mərkəzdə “Qurani-Kərim”in qiraət elmi, ərəb dili və ədəbiyyatı, xəttatlıq, bədii tərtibat, Azərbaycan və ingilis dilləri, xalçaçılıq sənəti, Muğam sənəti, eləcə də uşaqlar üçün oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş müxtəlif ödənişsiz kurslar təşkil olunur.

Misirlə bağlı digər xəbərlərə keçid edin

Qeyd edək ki, Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı, 2024-cü ildə isə azərbaycançılıq ideyasının həyata keçirilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə ölkəmizin diaspor siyasətinə verdiyi mühüm töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılıb.

Azərbaycanlı alim elmi və mədəni sahədəki xidmətlərinə görə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi tərəfindən də birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edilib.

Xəbər aşağıdakı ərəb mətbuat orqanlarında dərc olunub:

اتحاد طلبة أفغانستان يُكرّم الدكتور سيمور نصيروف
تفاصيل تكريم ” سيمور نصيروف” الأزهري في لفتة وفاء وتقدير
تم تكريم الدكتور سيمور نصيروف الأزهري

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlər

Azərbaycanda ərəb dilinin tədrisi-problemlər və həll yolları

Müəllif:
ArabAZ News
Misir

EgyptAir-dən Həcc zamanı yenilik

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlər

İrandan İsrailə SMS hücumu: kiber-əməliyyatının detalları açıldı

Müəllif:
ArabAZ News
Digər xəbərlərMisirRedaktorun seçimiŞimali Afrika

Misir ehramlarının sirri niyə hələ də açılmır-son kəşflər

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.