Suriyadan və Yaxın Şərqin digər ölkələrindən Azərbaycan vətəndaşlarının repatriasiyası istiqamətində görülən işlər diqqət mərkəzində kalmaqda davam edir. Son olaraq Suriyadan daha 16 nəfər Azərbaycana gətirilib.
Hazırda Yaxın Şərq ölkələrində neçə nəfər azərbaycanlının repatriasiya olunacağı maraq doğurur.
ArabAZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, xaricdə, xüsusilə Suriya və İraqda qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşən azərbaycanlıların sayı haqqında məlumatlar ciddi şəkildə şişirdilir:

“Hərbi münaqişələrə cəlb olunmaq və qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşmək cinayətdir. Azərbaycan bu məsələdə hər zaman sərt mövqe sərgiləyir. Bununla belə, son onilliklərdə, xüsusilə Suriyada baş verən hadisələr zamanı bəzi vətəndaşlarımızın proseslərdə aktiv iştirak etdiyinin şahidi olmuşuq. Həmin şəxslərə müəyyən vədlər verilir və onların münaqişələrə cəlb olunması üçün müxtəlif mexanizmlərdən istifadə edilir. Suriyada hərbi münaqişələrdə iştirak edən azərbaycanlıların və digər ölkə vətəndaşlarının yalnız qeyri-qanuni silahlı birləşmələrin, radikal dini və təkfirçi qruplaşmaların tərkibində döyüşdüyü barədə yanlış təsəvvür formalaşıb. Lakin bu, tamamilə belə deyil. Çünki eyni zamanda, İran xətti ilə bəzi azərbaycanlılar Bəşər Əsəd hakimiyyətini qorumaq məqsədilə yaradılmış “Fatimiyyun” qrupunun tərkibində də döyüşüblər. Yəni azərbaycanlılar münaqişənin hər iki tərəfində iştirak ediblər”.
İran nüvə proqramı üçün Hizbullahdan imtina edə bilər-Hafizoğlu
R.Hafizoğlu qeyd edib ki, Suriya və İraqda münaqişələrdə iştirak edən azərbaycanlıların sayı ilə bağlı səsləndirilən rəqəmlər reallığı əks etdirmir:
“On minlərlə azərbaycanlının, hətta ailələrin həmin ərazilərdə olduğu bildirilir. Lakin bu, belə deyil. Suriya və İraqda baş verən münaqişələr araşdırıldıqda, keçmiş postsovet respublikaları arasında iştirakçıların sayının daha çox olduğu ölkələr sırasına Şimali Qafqaz və Qazaxıstanın öndə gəldiyi görünür. Əvvəllər azərbaycanlıların Əfqanıstanda da qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirak etdikləri hallar olub. Hazırda isə dövlət müxtəlif kanallar vasitəsilə əsirlikdə olan azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində müəyyən işlər həyata keçirir”.
Siyasi şərhçinin sözlərinə görə, münaqişə zonalarından qaytarılan şəxslərin cəmiyyətə inteqrasiyası kifayət qədər mürəkkəb prosesdir:
- Ərəbləri ən çox tanıdığı Azərbaycan idmançısı – Zabit Səmədov
- Süni intellektlə çəkilən Səudiyyə filmi – Şama təqdim olunub
- Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub
- Vaşinqton və ər-Riyad arasında nüvə sazişi imzalanıb
- Yaxın Şərqdə azərbaycanlılar: Şişirdilmiş rəqəmlər və gerçəklər
“Bu şəxslərin cəmiyyətə inteqrasiyası çox çətin prosesdir. Hərbi münaqişələrdə iştirak edən, ailə başçısını itirən və sonradan yenidən ailə quran şəxslər var. Belə insan adaptasiyası müəyyən çətinliklərlə müşayiət olunur. Tam əminliklə demək olar ki, bu vətəndaşların ölkəyə gətirilməsi üçün dövlət tərəfindən xüsusi səylər göstərilir. Bu, Azərbaycanın xaricdəki vətəndaşlarının müdafiəsi və onların normal cəmiyyətə inteqrasiyası baxımından mühüm məsələdir”.
R.Hafizoğlu bildirib ki, hazırda repatriasiya istiqamətində əsas diqqət Suriya və İraqa yönəlib:
“Əvvəllər, Talibanın aktiv olduğu dövrdə Əfqanıstan cihadçı qruplar üçün prioritet ölkələrdən biri idi. Orada olanların bir qismi həlak olub, digərləri isə İraq və digər ölkələrə keçiblər. Bu gün Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir”.

